Şarl Lekler COVİD-19-a yoluxub - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Şarl Lekler COVİD-19-a yoluxub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FORMULA-1
----------------------------------------
Şarl Lekler COVİD-19-a yoluxub


"Formula-1" yarışlarında iştirak edən "Ferrari" komandasının monakolu peşəkar Şarl Lekler dünyanı ağuşuna alan COVİD-19-a yoluxub. Bu xəbəri hazırda Monte-Karlodakı evində özünü hər kəsdən təcrid edən pilot öz tvitter səhifəsində yayıb. Bununla da Lekler 2020-ci il məvsümündə koronavirusa yoluxan 5-ci pilot olub. Leklerdən öncə, Lando Norris. Lans Stroll, Serxio Peres və Lyuis Hemlton bəlli virusa yoluxmuşdu. "Hamını salamlayıram. Ümid edirəm ki, sizlər hamınız yaxşısınız və çalışın ki, özünüzü qoruyasınız. Sizə bildirmək istəyirəm ki, mən koronavirusa yoluxmuşam. Bunu mənim üzərimdə aparılan test sınaqları təsdiq edib. Mən komandamızın təhlükəsizliyi naminə müvafiq protokollara uyğun olaraq müntəzəm surətdə testlərdən keçirdim. Təəssüflər olsun ki, bu günlərdə bilmədən COVİD-19 viruslarını özündə gəzdirən biri ilə əlaqədə oldum. Təcili olaraq, testdən keçdim və özümü izoliyasiya etdim. Və eyni zamanda son vaxtlar əlaqədə olduğum hər kəsə məlumat verdim. Təkrar yoxlama da eyni nəticəni verdi. Bütün bunlara baxmayaraq, özümü yaxşı hiss edirəm. Həlki bir müddət özümü Monakodakı evimdə izoliyasiya edəcəm. Özünüzü qoruyun" - Lekler.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]