AMEA Botanika İnstitutunun mikoloqları Avropa mikoloqları ilə birgə vebinarda iştirak ediblər -

AMEA Botanika İnstitutunun mikoloqları Avropa mikoloqları ilə birgə vebinarda iştirak ediblər

 AMEA Botanika İnstitutunun mikoloqları Avropa mikoloqları ilə birgə vebinarda iştirak ediblər

 

AMEA Botanika İnstitutunun mikologiya laboratoriyasının müdiri, b.e.d D.N.Ağayeva,gənc tədqiqatçılardan b.ü.f.d. L.Abasova və E. İsgəndərli Avropa şabalıd bitkisi üzrə şəbəkə layihəsi (EUROCASTANEA – European Chestnut Network) çərçivəsində keçirilən vebinarında qonaq qismində iştirak etmişlər. Vebinar şabalıd meyvəsində çürümə törədən invaziv endofit Gnomoniopsis castaneae göbələyi, onun diaqnostikası, yayılması,göbələyə qarşı bioloji və kimyəvi mübarizə yolları, latent infeksiyaların idarə edilməsi məsələlərinin müzakirəsinə həsr edilmişdir. Tədbirdə Avropanın bir sıra ölkələrindən mikoloqlar bu sahədəki ən son aparılan tədqiqatlar barədə məruzə etmişlər.Çıxışlardan sonra iştirakçıların sualları əsasında ümumiləşdirilmiş geniş müzakirə aparılıb.Törədicinin sürətlə yayılmasını nəzərə alsaq bu patogen respublikada təbii şabalıdlıqlar və şabalıd əkinləri üçün yeni ciddi qəbul ediləcək təhlükə ola bilər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]