DAHİ NİZAMİYƏ HƏSR OLUNUR - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

DAHİ NİZAMİYƏ HƏSR OLUNUR (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 DAHİ NİZAMİYƏ HƏSR OLUNUR

18 yanvar 2021-ci il tarixdə F.Şükürov adına Masallı rayon Lürən kənd tam orta məktəbində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi ilə bağlı tədbir keçirildi.
Tədbir Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmişdi.
Tədbirdə məktəbin müəllimləri və şagirdləri iştirak edirdilər.
Tədbiri məktəbin direktoru İltimas Nəzərov açaraq dahi şairin Azərbaycan ədəbiyyatı tarixində müstəsna rolu olduğunu qeyd etdi. O,bildirdi ki, Nizami Gəncəvi yaradıcılığı çox şaxəlidir. Belə ki, o həm poema, qəzəl həm qəsidə həm də rübailər yazmışdı. Yazdığı əsərlər bəşəri ideyalar üzərində qurulduğu üçün dünya dillərinə tərcümə edilmişdir. Onun «Xəmsə» adlanan beş poeması, qəzəl və qəsidələrinin hər bir misrası müdrik fikirlər və nəsihətlərdən ibarətdir. Ona görə də yazdığı əsərlər onu dünya şöhrətli şair etmişdir. Cənab Prezidentin bu ili «Nizami ili» elan etməsi təsadüfi deyildir. Çünki N.Gəncəvinin dünya şöhrətli əsərləri Azərbaycan ədəbiyyatını dünyaya tanıtdırmışdır. Bu gün cənab Prezidentin bu Sərəncamı Azərbaycanımızın hər bir guşəsində - Elmi Tədqiqat institutlarında, tədris müəssisələrində mətbuat səhifələrində, dövlət müəssisələrində icra olunmaqdadır. O cümlədən bizim məktəbimizdə də bu barədə ənənəvi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur ki, onlardan da biri məhz bu gün keçirilir.
Sonra "Nizami" filmindən videoçarx nümayiş etdirildi.
Məktəbin təşkilatı işlər üzrə müavini Rəsmiyyə Cəbiyeva N.Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş və ətraflı məruzə etdi. O, qeyd etdi ki, Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuş və heç vaxt Gəncədən kənarda yaşamamışdır. İlk təhsilini mədrəsədə almış, dini və dünyəvi elmlərə yiyələnmişdir. N.Gəncəvi bəzi müasirlərindən fərqli olaraq heç vaxt sarayda xidmət etməmişdir. N.Gəncəvi yaradıcılığının əsas xəttini xalq və hökmdar, əməkçi insanların mənəvi zənginliyi kimi böyük amallar təşkil edir. Eyni zamanda dostluq, mehribançılıq, vəfalı və sədaqətli olmaq kimi mövzular da onun yaradıcılığının qayəsini təşkil edir. Nizami yaradıcılığında qadına yeni münasibət də mühüm yer tutur.
Nizami yaradıcılığından bizə gəlib çatan beş böyük poema ("Xəmsə"),120 qəzəl, 30 rübai və 6 qəsidədir.
O, əsərlərini dövrün poeziya dili olan far dilində yazsada türk ideologiyasını təbliğ etmişdir. Şair bu yazdığı bu əsərlərdən aldığı məvaciblə sadə həyat tərzi sürmüşdür. Onun həyatı haqqında məlumatları ədəbiyyatşünaslarımız yazdığı əsərlərdən öyrənmişlər.
"Əgər soruşsalar harda, hardadır?
Hər beyti səslənər burda, burdadır."
Bizə Nizami yaradıcıllğını bütövlükdə təhlil etmək üçün illərlə vaxt lazımdır. Bu bizim ilk yığıncağımızdır.İl boyu keçiriləcək silsilə tədbirlərdə Nizami yaradıcılığının ayrı-ayrı məziyyətlərindən söhbət açacağıq.
Sonra məktəbin səkkizinci sinif şagirdi Arzu Cabbarova Nizami Gəncəvinin lirikası haqqında çıxış etdi.
Məktəblilər Zəhra Fəttayeva, Həmidə Səfərova, Sevinc Nurullayeva, Xədicə Sadıqova, Hüseynxan Rzalı, Nihat Rzalı və başqaları Nizami Gəncəvinin əsərlərindən parçalar əzbər söylədilər.
Tədbiri məktəbin direktoru İltimas Nəzərov yekunlaşdırdı və iştirakçılara təşəkkürünü bildirdi.
ƏLİHÜSEYN ŞÜKÜROV.

--
Алигусейн Шукюров

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]