Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini YAŞAT fonduna köçürmüşlər -

Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” fonduna köçürmüşlər

SOCAR Azərbaycanın iqtisadi inkişafındakı aparıcı rolu ilə yanaşı ölkəmizin ictimai həyatında bir çox sosial layihələrə davamlı dəstəyini hər zaman nümayiş etdirməkdədir. Şirkətin strukturuna daxil olan digər müəssisələr kimi SOCAR-ın Təhlükəsizlik İdarəsi də ötən il ərzində sosial layihələrin aktiv iştirakçısı olmuşdur. İdarə əməkdaşlarının və Həmkar İttifaqı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan  “YAŞAT” Fonduna  İdarənin əməkdaşları tərəfindən könüllü ölaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-i həcmində, 69983 manat vəsait köçürüb.


2020-ci ildə COVID-19-la mübarizə tədbirləti çərçivəsində yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna Təhlükəsizlik İdarəsinin işçiləri tərəfindən 15672 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 40650 manat məbləğində vəsait köçürülüb.


Qeyd edək ki, Təhlükəsizlik İdarəsinin 56 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak etmişlər. Onlardan 3 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, 3 nəfər isə qazi olmuşdur.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]