"Klassiklər"imiz Fransa Qran-Prisini 8 medalla 2-ci yerdə başa vurublar İslam Abbasov isə Qran-Prinin qalibidir - - İNTİQAM təqdim edir (AZpress.AZ)

"Klassiklər"imiz Fransa Qran-Prisini 8 medalla 2-ci yerdə başa vurublar İslam Abbasov isə Qran-Prinin qalibidir - İNTİQAM təqdim edir (AZpress.AZ)

 GÜLƏŞ
-------------------------------------------------------------
"Klassiklər"imiz Fransa Qran-Prisini 8 medalla 2-ci yerdə başa vurublar
İslam Abbasov isə Qran-Prinin qalibidir

 

Fransaının Nitsa şəhərində güləşin hər üç növü üzrə keçirilən Qran-Priyə yunan-Roma güləşi üzrə yarışla yekun vurulub. Anri Deqlanın xatırəsinə həsr olunmaqla sayca 47-ci dəfə keçirilən bu yarışda yunan-Romaçılarımız ("klassiklər") daha uğurla çıxış ediblər. Belə ki, baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında bəlli yarışa qatılan 9 güləşçimizdən 8-i mükafatçılar arasında yer almaqla fəxri kürsüyə qalxıb. Onlardan biri bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl, dördü yalnız həlledici finalda büdrəməklə gümüş və üçü bürünc medal qazanıb. Komandanın aktivinə yazılan yeganə qızıl medal İslam Abbasovun (87 kq) payına düşüb. Abbasov çempionluğa gedən yolda müvafiq ardıcıllıqla gürcüstanlı Qurami Ketsurianini (3:1), 1\4 finalda hollandiyalı Tayron Sterkenburqu (5:0), finala çıxışda ABŞ təmsilçisi Con Stefanoviçi (6:0), finalda isə türkiyəli Metexan Çəşəri (8:4) üstələyib. "Gümüşlər" Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (82 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriətinin (130 kq) payına düşüb. Bürünc medalları isə Murad Bazarov (60 kq), İslambek Dadov (67 kq) və Sənan Süleymanov (77 kq) triosu qazanıb.
Maraqlıdır ki, yunan-Roma üzrə yığmamız 160 xalla komanda hesabında yalnız Türkiyədən (305 xal) geri qalmaqla ikinci yeri tutub. Komanda hesabında ilk üçlüyü isə 151 xalla ev sahibi olan Fransa tamamlayıb.
Xatırladaq ki, qadın güləşçilərimizin qatılmadığı bu yarışın ilk günündə isə baş məşqçisi Namiq Abdullayev olan sərbəst güləş üzrə yığmamız 2 gümüş və 3 bürünc medalla komanda hesabında ABŞ və Türkiyədən sonra ikinci yeri tutmuşdu.
Maralıdır ki, Azərbaycan (288 xal) ümumi komanda hesabəında isə ABŞ (430 xal), Türkiya (415 xal) və Fransadan (333 xal) sonra 26 ölkə arasında 4-cü yeri tutub. Qeyd edək ki, ümumilikdə 13 (1-6-6) medal qazanan ölkəmiz medal sıralanmasında da (əyarına görə) 4-cü olub. İlk üçlüyü isə müvafiq ardıcıllıqla ABŞ (8-4-4), Türkiyə (6-5-6) və Gürcüstan (5-2-5) bölüşüb.


İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]