-

Roje Federer "BD"-lə ilk qələbəsini 21 il öncə qazanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 TENNİS
--------------------------------------------
Roje Federer "BD"-lə ilk qələbəsini 21 il öncə qazanıb


Yanvarın 18-i dünya tennisinin canlı əfsanələrindən biri olan və "Tennis Kralı" ləqəbi ilə tanınan isveçrəli raketka ustası Roje Federer üçün əlamətdar və unudulmaz bir gündür. Belə ki, Federer düz 21 il öncə məhz 18 yanvarda hələ 18 yaşındaikən ilk dəfə olaraq "Böyük Dəbilqə" ("BD") turnirinə qatılıb və bu turnirdə birinci qələbəsini qazanıb. 18 yaşlı tenisçi həmin gün "Australian Open-2020"nin birinci mərhələsində Maykl Çanqanı udub – 6:4, 6:4, 7:6. O zaman BD turnirində ilk qələbə sevinci yaşayan Federerin aktivində artıq 362 qələbə və 20 titul var ki, bu da rekord hesab edilir. Federer bu göstərici ilə yalnız ispaniyalı Rafael Nadalla eyni səviyyədə durur.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]