Bakı Metropoliteni QSC-də Vətən müharibəsi qaziləri ilə görüş - - FOTO

“Bakı Metropoliteni” QSC-də Vətən müharibəsi qaziləri ilə görüş - FOTO

Bu qəhrəmanlıq heç vaxt unudulmayacaq
 

Ötən il sentyabrın 27-də Ermənistan ordusu növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz əks-hücum əməliyyatlarına başlayaraq, cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad etdi.


Müzəffər ordunun qalibiyyət yürüşündə Bakı metropoliteninin əməkdaşları da iştirak edib. Vətən qarşısında müqəddəs borcunu ləyaqətlə yerinə yetirərək kollektivə qayıdan qazilərlə “Bakı Metropoliteni” QSC-də görüş keçirilib.


Şəhidlərimizin və qazilərimizin döyüş hünəri Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Onlar dövlətin müxtəlif ali mükafatlarına layiq görülüblər.


QSC kollektivi də Vətən müharibəsinin başladığı ilk günlərdən cəbhədə döyüşən metrpolitençiləri, eləcə də onların ailə üzvlərini diqqətdən kənarda qoymamağa çalışıb. “Bu bizim borcumuz idi. Vətəni qoruyan oğullar arxa cəbhədən, ailələrinin güzəranından əmin olmalı idilər” - deyərək qəhrəmanlara müraciət edən QSC sədri Zaur Hüseynov qeyd edib ki, bütün metropolitençilər Vətən, xalq qarşısında borcunu yerinə yetirmiş övladlarla qürur duyur və onlara minnətdardırlar.


Səmimi ovqatda keçən görüşdə Vətən keşiyində dayanmış metropolitençilər təəssüratları və xatirələri ilə bölüşərək, bundan sonra da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və rifahı naminə milli birliyimizin möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, dövlət başçısının hər bir çağırışına hazır olduqlarını bəyan ediblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]