Formula-1-in Azərbaycan Qran-Prisi ləğv edilə bilər - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Formula-1-in Azərbaycan Qran-Prisi ləğv edilə bilər - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FORMULA-1
-------------------------------------------
Formula-1-in Azərbaycan Qran-Prisi ləğv edilə bilər

Xəbər verdiyimiz kimi, Beynəlxalq Avtomobil Federasiyası 2021-ci ildə Formula-1 üzrə keçiriləcək dünya çempionatının təqvimini elan etmişdi. Həmin təqvimə əsasən 2021-ci ildə 23 mərhələ yarışı (Qran-Pri) keçirilməliydi ki, onlardan da biri paytaxt Bakıda (Azərbaycan Qran-Prisi) olmalıydı. Lakin, hələ də bitib tükənməyən koronavirus pandemiyası üzündən Formula-1 rəhbərliyi təqvimdə bəzi dəyişikliklər etmək qərarına gəlib. Hollandiyanın "formula-1.nl" portalının yaydığı məlumata görə, 2021-ci ildə yarışların şıhər trasında keçirilməsinə icazə verilməyəcək. Yarışlar yalnız müvafiq avtodromlarda keçiriləcək. Bu isə o deməkdir ki, Monako (23 may), Bakı (6 iyun) və Kanada (13 iyun) Qran-Prisi təqvimdən çıxarılacaq və həmin mərhələ yarışları başqa ölkələrdə baş tutacaq. Artıq hər üç Qran-Prinin keçiriləcəyi məkanlar da təxminlənib. Bunlar Türkiyə, "Mucello" (Florensiya yaxınlığında, İtaliya) və "Nyurburqrinq" (Almaniya) ola bilər.

İNTİQAM Məmmədov

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]