Vətənə böyük sevgisi olan şəhid Elvin İsmayılov. - AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=10+ViDEO)

Vətənə böyük sevgisi olan şəhid Elvin İsmayılov. AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=10+ViDEO)

 Vətənə böyük sevgisi olan şəhid Elvin İsmayılov.

 

Xalqımız Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacaq. Şanlı qələbənin qazanılması, işğal altında olan torpaqlarımızın azadlığı yolunda döyüşərək tarix yazan igidlərimizdən biri Elvin İsmayılovdur. Şəhid qəhrəmanımızı yaxından tanıyaq.
AZpress.AZ- ın bölgə müxbiri xəbər veir ki, Elvin Tələt oğlu İsmayılov 9 mart 1989-cu ildə Beyləqan rayonunun İkinci Əlinəzərli kəndində anadan olub. O 1995 -ci ildə Beyləqan rayonunun ikinci Əlinəzərli kəndində Kərəm Əliyev adına tam orta mətəbin 1- ci sinifinə gedib və 2006- cı ildə məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılıb. Hələ kiçik yaşlarından Vətənə böyük sevgisi olub. Hər bir azərbaycanlı kimi onu da daim torpaqların azad olunması düşündürüb. Odur ki, hərbi xidməti başa burduqdan sonra 11 il orduda xidmət edib. Elvin 29 dekabr 2019- cu ildə, çox sevdiyi Şəhla xanımla ailə həyatı qurmuşdu.
Elvin İsmayılov Vətən müharibəsinin ilk günüdən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla döyüşüb. Yaralansa da döyüşü davam etdirib. Özü yaralı ola-ola döyüş yoldaşlarını ərazidən çıxarıb. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyləqan Şəhidlər xiyabanında dəfn edilib.
Döyüşlərdə göstərdiyi şücayyətə görə Elvin İmayılov "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.


Mais Amin AZpress.AZ Beyləqan

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]