5 ədəd 14,7 mm-lik patronlar və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - - FOTO

5 ədəd 14,7 mm-lik patronlar və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur - FOTO

2021-ci il 18-19 Yanvar tarixlərində Agentliyə Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 11 (on bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olmuşdur.

Daxil olmuş 12 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 66 ədəd piyada əleyhinə mina, 63 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə mina partladıcısı, 5 ədəd 14,7 mm-lik patronlar və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 12 100 126 kv.m (1 210 ha) ərazi yoxlanılmış, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilmiş, 282 tikili yoxlanılmışdır.

Agentliyin partlayış qrupu tərəfindən 215 ədəd partlamamış hərbi sursat (PHS), 749 ədəd mina zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]