Döyüşlərdə yaralanmış zabitimiz yüksək texnologiyalı protezlə təmin ediləcək -

Döyüşlərdə yaralanmış zabitimiz yüksək texnologiyalı protezlə təmin ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluçuların  ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri, müasir protezlərlə təminatını davam etdirir.

Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb.

O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qarşılanaraq, ilkin müayinə və ölçü götürülməsi işləri aparılıb.

Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]