Berbatov Beyl haqqında danışıb - - İNTİQAM təqdim edir (AZpress.AZ)

Berbatov Beyl haqqında danışıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 FUTBOL
-------------------------------------
Berbatov Beyl haqqında danışıb


İngiltərənin "Tottenhem" klubunun sabiq forvardı Dimitar Berbatov klubun forvardı Qaret Beyl haqqında danışıb. O, "Real"dan 1 illiyə icarəyə götürülən 31 yaşlı futolçu ilə bağlı bunları deyib: ""Açığı deyim ki, "Tottenhem" Qertanı transfer edəndən sonra mən ondan çox şey gözləyirdim. Elə hesab edirdim ki, o, Keyn və Sonla birlikdə klubun hücum xəttində güclü bir trio yaradacaq və bu üçlük "Liverpul"un hücum xəttinin triosu ilə rəqabət aparacaq. Təəssüflər olsun ki, mənim gözləntilərim alınmadı. Qaret demək olar ki, oynamır, işləmir. Amma bunun bir səbəbi də yoxdur. O, çox sağlamdır. Di gəl ki, hələ də ehtiyat oyunçular skamiyasında oturur və bir dəfə də olsun meydana oyunun ilk dəqiqəsindən çəxmər. Deməli, o, baş məşqçi Joze Maurinyonun gözlədiyi və istədiyi səviyyədə oynaya bilmir. Belə olacağı təqdirdə, onun ən yaxşı variantı yenidən Madrid "Real"ına dönməsi olacaq. Buna çox təəssüflənirəm. Açığı deyim ki, Qaret mənim xoşuma gələn bir oyunçudur".

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]