İPL-da yenilik - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
FUTBOL
-------------------------------------
İPL-da yenilik
İngiltərə Premyer Liqasında yeni qayda tətbiq ediləcək. Bu yenilik oyun zamanı limitdən artıq olaraq daha iki oyunçunun dəyişdilməsindən ibarət olacaq. Bu isə yalnız meydan oyunçusunun beyin silkələnməsi zədəsi aldığı zaman mümkün olacaq. Yenilik bu halda bir deyil, hətta iki oyunçu üçün nəzərdə tutulub. Bu oyunçu dəyişikliyinin qayda üzrə nəzərdə tutulan 3 oyunçu dəyişikliyinə heç bir dəxli yoxdur. Lakin bu qanun Premyer Liqada FİFA-nın konsultasiyasından sonra qüvvəyə minəcək. FİFA bu cür dəyişikliklə bağlı qanunu qarşıdakı klublararası dünya çempionatında tətbiq etməyi planlaşdırıb.
Yeri gəlmişkən, hazırda İngiltərə Premyer Liqasına 19 oyundan sonra 38 xalla "Lester" liderlik edir. 2-ci yeri 18 oyundan 37 xalla "Mançester Yunayted" tutur. İlk üçlüyü 17 oyundan sonra 35 xal toplayan "Mançester Siti" qapayır. Hazırki çempion "Liverpul" isə 18 oyunda topladığı 34 xalla 4-cü pillədə yer alıb.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)



