Masallıda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

Masallıda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Şeir” müsabiqəsinin qalibləri mükafatlandırıldı (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 Masallıda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Şeir” müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

13-19 yanvar 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında keçirilən , “20 Yanvar – Ümumxalq Hüzn Günü” nə həsr olunmuş “Tariximizə qara hərflərlə yazılmış gün ” mövzusunda onlayn “Şeir” müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Müsabiqənin yekununa əsasən 5-7 yaşlı oğlanlar arasında I yerə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Manaflı Elvin Elnur oğlu , II yerə “Viləş” uşaq bağçasının şagirdi Cabbarov Hüseyn Dilsuz oğlu, III yerə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məkrəbinin şagirdi Zahidov Rza Peyman oğlu layiq görülmüşdür. Fərqləndiylərinə görə isə Ə.Mirzəyev adına Qızılavar kənd tam orta məktəbinin şagirdi Səfiəlizadə Fərid Tofiq oğlu və Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin şagirdi Zahidli Əli Atayar oğlu diplomlarla mükafatlandırılmışdır .

5-7 yaşlı qızlar arasında keçirilən şeir müsabiqəsində I yerə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Şirinova Ruqayyə Rusal qızı, II yerə “Viləş” uşaq bağçasının şagirdi Məmmədova Xatun Zahir qızı, III yerə “Viləş” uşaq bağçasının şagirdi Novruzlu Aylin Vüsal qızı layiq görülmüşdür.

8-12 yaşlı oğlanlar arasında keçirilən şeir müsabiqəsində I yerə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Fəttayev Mirhüseyn Elvin oğlu, II yerə F.Şükürov adına Lürən kənd tam orta məktəbin şagirdi Nurullayev Əli Ramin oğlu, III yerə Şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Manaflı Murad Rauf oğlu layiq görülmüşdür.

8-12 yaşlı qızlar arasında keçirilən şeir müsabiqəsində I yerə şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Fəttayeva Lalə Elvin qızı, II yerə Qəzvinoba kənd ümumi orta məktəbin şagirdi İbrahimova Ləman Qeysər qızı, III yerə F.Şükürov adına Lürən kənd tam orta məktəbin şagirdi Fəttayeva Nuran Zaur qızı layıq görülmüşlər.

Fərqləndiylərinə görə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin şafirdi Eynullayeva Məryəm Kamil qızı, Dəmirçi kənd ümumi orta məktəbinin şagirdi Şahbazova Fatimə Fədail qızı,S.Rzayev adına Böyük kolatan kənd tam orta məktəbinin şagirdi Ağayeva Lalə Rauf qızı diplomlarla mükafatlandırılmışdır.

13-15 yaşlı qızlar arasında keçirilən şeir müsabiqəsində I yerə Qəzvinoba kənd ümumi orta məktəbinin şagirdi Abbasova Sevgül Zöhrab qızı, II yerə Güllütəpə kənd tam orta məktəbinin şagirdi Mütəllimova Nərgiz Cəmil qızı , III yerə Qəzvinoba kənd ümumi orta məktəbinin şagirdi Həsənova Xədicə Həsən qızı layiq görülmüşdür.

Müsabiqədə qalib gəlmiş iştrakçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]