Mədəniyyət kanalında yenidən Premyera - Əliqismət Lalayevlə - - VİDEO

Mədəniyyət kanalında yenidən “Premyera” - Əliqismət Lalayevlə - VİDEO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin aparıcısı olduğu “Premyera” verilişi yenidən ekranlara qayıdır.

Mədəniyyət kanalında 29 yanvar saat 20:10-da efirə gedəcək yeni buraxılış Şuşa Dövlət Musiqili Dram Teatrına həsr olunacaq. Verilişdə qonaq olan teatrın direktoru, Əməkdar artist Yadigar Muradov, teatrın aktyorları – Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Azad Məmmədov və Teymur Məmmədov Şuşanın işğaldan azad olunması sevincini sevimli tamaşaçıları ilə bir daha bölüşəcəklər, bu münasibətlə teatrın qarşısında duran vəzifələrdən, yeni planlarından söhbət açacaqlar. Dünyada analoqu olmayan qaçqın teatrı statusu ilə 30 ilə yaxın bir vaxtda Bakıda fəaliyyətini davam etdirən Şuşa teatrının keçdiyi yaradıcılıq yoluna nəzər salmaq, xatirələri yenidən canlandırmaq verilişi daha da maraqlı edəcək.
 

Sənətkarlarımızın teatr barədə düşüncələri hər kəsdə maraq doğuracaq.
 

29 yanvar saat 20:10-da Mədəniyyət kanalında izləməyi unutmayın.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]