Dünyanın aparıcı elmi nəşrlərində azərbaycanlı seysmoloq alimin əsərlərinə istinadlar artıb -

Dünyanın aparıcı elmi nəşrlərində azərbaycanlı seysmoloq alimin əsərlərinə istinadlar artıb

Azərbaycanın seysmoloq alimlərinin nüfuzu dünyada artmaqdadır. Son illər dünyanın bir sıra nüfuzlu elmi dərgilərində, elmi əsərlərin yer aldığı beynəlxalq veb səhifələrdə, eləcə də dünya alimləri öz məqalələrində azərbaycanlı seysmoloq alimlərin əsərlərinə istinadlar edirlər.


Məlumat üçün bildirək ki, beynəlxalq Academia.edu veb səhifəsində yerləşdirilmiş məqalələrdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişlinın  məqalələrinə 160 dəfə istinad edilmişdir.


Digər beynəlxalq veb səhifə “Google scholar” da isə professor Qurban Yetirmişlinin məqalələrinə 485 dəfə istinad olunmuşdur.


2021-ci ilin ilk günlərində “Google scholar” da alimin əsərlərinə 18 dəfə istinad olunmuşdur.


Aşağıdakı linklərdə ətraflı tanış olmaq olar:


https://scholar.google.com/citations?user=yFCWtmoAAAAJ
 
https://www.academia.edu/upgrade?feature=name_mentions&trigger=mentions-notification
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]