Zəfər döyüşündə yazılan məktub adlı sənədli filmin çəkilişləri yekunlaşıb (VİDEO-FOTO)

“Zəfər döyüşündə yazılan məktub” adlı sənədli filmin çəkilişləri yekunlaşıb (VİDEO-FOTO)

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə Aprel döyüşlərinin qəhrəmanı, şəhid Teymur Qasımov və II Qarabağ müharibəsindəki qəhrəmanlardan bəhs edən sənədli filmin çəkilişlərini yekunlaşdırıb və filmin montajı başa çatıb.
 

Qeyd edək ki, 46 dəqiqəlik “Zəfər döyüşündə yazılan məktub” sənədli filminin çəkilişləri  Göyçay rayonunda və Şəhid ailələrində aparılıb. Film haqqında qısa anons və filmin tam versiyası Birliyin Youtube səhifəsində yerləşdirilib.
 

Xatırladaq ki,  filmi çəkməkdə məqsəd Göyçay rayonundan olan Aprel şəhidi Teymur Qasımov və II Qarabağ müharibəsindəki qəhramanlar və onların şücaətli həyat yolu haqqında sənədli film çəkməklə gənc nəslə vətənpərvərlik ruhu aşılamaq və şəhidlərimizin xatirəsini əbədiləşdirmək idi. Film haqqında qısa anons və filmin tam versiyasının linklərini sizə təqdim edirik.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]