Vətən Müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=30)

Vətən Müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=30)

 Vətən Müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib

 

Ağcabədi rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilir. Ağcabədi şəhərindəki və rayonun kəndlərindəki küçələrə şəhidlərin adlarının verilməsinə başlanılıb.
AZpress.AZ- ın bölgə müxbiri bildirir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Media nümayəndələri, şəhər sakinləri və şəhidlərin ailə üzvlərinin iştirakı ilə şəhər ərazisində yerləşən ayrı-ayrı küçələrdə advermə mərasimləri keçirilib.
Vətən Müharibəsi şəhidləri Xəyal Həziyev, Mirəli Hüseynov, Məhəmməd Məmmədov və Həsən Süleymanovun adları küçələrə verilərək, xatirələri əbədiləşdirilib. Həmin küçələrdə şəhidlərin ad və tərcümeyi hallarını əks etdirən xatirə lövhələri vurulub. Advermə mərasimlərində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, şəhidlərin ailə üzvləri, yaxınları çıxış ediblər. Şəhidlərin adlarını daşıyan küçələrdə yerləşən lövhələrin önünə tər çiçəkdəstələri qoyulub.
Ağcabədi şəhidləriniin xatirəsinin əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanmışdır.
Qeyd edək ki, rayonumuzda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi davam etdirilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]