Mərkəzi Nəbatat Bağının alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

Mərkəzi Nəbatat Bağının alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

 Mərkəzi Nəbatat Bağının alimlərin məqaləsi yüksək impakt
faktorlu beynəlxalq jurnalda dərc olunub

 

AMEA Mərkəzi Nəbatat Bağının direktoru, b.e.d.Vahid Fərzəliyevin və Bağın əməkdaşı b.ü.f.d. Fərid Seyfullayevin Amerika və İsveçrədən olan həmkarları ilə birlikdə “Azərbaycanın cənubunda yayılan giləmeyvəli qaraçöhrə (Taxus baccata L.) növünün dendroiqlim potensianlı” (The dendroclimatologial of common yew Taxus baccata L. from southern Azerbaijan) adlı növbəti məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib.
Mərkəzi Nəbatat Bağından bildirilib ki, “Tree-Ring Research” jurnalında dərc edilən məqalədə Lerik rayonunun dağlıq ərazisində yayılan giləmeyvəli qaraçöhrə populyasiyasının dendroiqlim potensialı qiymətləndirilmişdir. Nəticədə bu növün iqlim amillərinə həssas olması müəyyənləşdirilmiş və tədqiqatların davam etdirilməsiqərarı alınmışdır.
Jurnal 1934-cü ildən Amerikada “Allen” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 1.719-dır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]