AZƏRBAYCAN MİLLİ XALÇA MUZEYİ “PİŞİKLƏR BATİKADA” (“KOTOBATİKİ”) SƏRGİSİ +FOTO=15
Bu xəbəri paylaş
AZƏRBAYCAN MİLLİ XALÇA MUZEYİ
“PİŞİKLƏR BATİKADA” (“KOTOBATİKİ”) SƏRGİSİ
Fevralın 2-də saat 16.00-da Azərbaycan Milli Xalça Muzeyində “Pişiklər batikada” (“KOTOBATİKİ”) adlı sərginin açılışı keçirilib. Sərgidə Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın müəllifi olduğu ipək üzərində batika texnikasında hazırlanmış 40 panno nümayiş etdirilir.
Qeyd edək ki, sərgi çərçivəsində uşaqlara muzeyin Təhsil şöbəsinin əməkdaşları tərəfindən sərginin mövzusuna uyğun müxtəlif maraqlı ustad dərsləri keçirilir.
Fevralın 18-dək davam edəcək sərgi mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunub. Sərgiyə 10 nəfərə qədər qruplar buraxılır.
*
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: [email protected]














