Könüllülüyün gənclərin həyatında yaratdığı dəyişikliklər

Könüllülüyün gənclərin həyatında yaratdığı dəyişikliklər

Lalə Yolçiyeva:

Könüllülüyün gənclərin həyatında yaratdığı dəyişikliklər

 


Könüllülük-insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. İnsanlar tez-tez bu sualı düşünürlər: "Könüllü - bu kimdir?" Ancaq hamı dəqiq cavabı bilmir. Bu, əvəzində heç bir şey tələb etmədən pulsuz olaraq ictimai faydalı işlərlə məşğul olan bir könüllüdür. Fəaliyyət sahələri olduqca müxtəlif ola bilər, lakin könüllü həmişə yaxşılıq, ümid və sevgi gətirir.Bəzən insanlar konsepsiyanı əvəz edir, könüllüləri müəyyən bir iş görənləri pulsuz adlandırırlar. Ancaq bu belə deyil. Könüllülüyün mahiyyəti iş üçün ödəniş almaq deyil, insanlara fayda gətirməkdir.
“Könüllü" sözü Fransız mənşəlidir və hərfi mənada "istəyən" deməkdir. Könüllü klub həyatı yaxşılaşdırmaq və insani rəftar nümayiş etdirmək üçün ölkə daxilində işləyə bilər. Bunlar müəyyən bir ümumi maraq və hədəflərlə birləşdirilən insanların könüllü birlikləridir.Təəssüf ki, bu gün könüllü və ödənişsiz fəaliyyətlərə nadir hallarda rast gəlinir. İnsanlar yalnız "Könüllü - bu kimdir?" Sualını əks etdirmir. - lakin çox vaxt səmimi qəlbdən niyə ehtiyac duyduğunu və şəxsi vaxtını niyə boşa keçirdiyini anlamırlar.
Könüllülərin qəhrəman və fədakar insanlar olduğuna dair bir fikir var, pulsuz olaraq başqalarının xeyrinə çalışmağa hazırdır. Təbii ki, adi bir orta hesablı insanın gecə-gündüz ictimai faydalı işlərlə məşğul ola biləcəyi ehtimalı azdır, çünki onun da pula ehtiyacı var. Könüllülük həftədə bir neçə saat çəkir və hobbi ilə eyniləşdirilə bilər. Könüllülər seçimlərini etdilər: divanda uzanmaq əvəzinə, başqalarına kömək edir, zövq alır və başqaları ilə müsbət emosiyalar mübadiləsi aparırlar.
İnsan sualı tamamilə başa düşdükdən sonra: "Könüllü - bu kimdir?" - tam olaraq nə etmək istədiyinə qərar verməlisən. Bunu etmək üçün bütün təşkilatların siyahısını hazırlaya və fəaliyyətlərinin xüsusiyyətlərini öyrənə bilərsiniz. Ən güclü duyğulara səbəb olan sahələrə diqqət yetirməyə dəyər.Düzgün tərtib edilmiş bir tərcümeyi-hal özünüz haqqında yaxşı bir fikir bildirməyə kömək edəcəkdir. Bundan əlavə, təşkilat işçiləri vaxtlarına qənaət etdiklərinə görə minnətdar olacaqlar və ortaq fəaliyyətə başlamazdan əvvəl də insanın təcrübə və bacarıqlarını bilirlər.
Təşkilatın digər üzvləri ilə söhbət etmək praktik tərəf haqqında daha çox məlumat əldə etməyə kömək edəcəkdir. Sual verməkdən çəkinməyin, könüllülər sizə hər şey haqqında danışmaqdan məmnun olacaqlar. Söhbət yeni gələnə təşkilatın fəaliyyəti barədə fikirlərini formalaşdırmağa və içəridə hansı atmosferin hökm sürdüyünü anlamağa kömək edəcəkdir.Könüllülük prinsipi çox sadə görünür. Hal-hazırda dünyanın demək olar ki, hər yerində hər kəsin gəlib şərtlərlə tanış ola biləcəyi yerli bir könüllü təşkilatı tapa bilərsiniz.



Könüllülük haqqında fikirlərini gənclərimizin özündən aldığım cavablara əsasən deyə bilərəm. Gənclərimizə öz təcrübələrini bizimlə bölüşdüklərinə görə hər birinə dərin minnətdarlığımı bildirirəm. Müsahibələrimdə həm gənclərimiz , həm də uzun müddət könüllü olan insanlar da olacaq . İndi isə onları tanıyaq.


Naqif Hamzayev–YAP Gəncə şəhər təşkilatının sədri , deputat , MP


1)Könüllülük sizin üçün nə ifadə edir?-

Xeyirxahlıq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək xalqımıza xas milli –mənəvi keyfiyyətlərdir. Əsrlərin sınağından çıxaraq bu gün də davam etdirilən təmənnasız kömək ənənələri –könüllülük insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə şərait yaradır. Xeyirxahlıq , təmənnasız kömək ənənələri insanı daxilən saflaşdıran , başqalarının gözündə ucaldır. Xüsusi ilə də gənclərimizin gənclərin dövlətə , Vətənə bağlı ,məsuliyyətli bir vətəndaş kimi formalaşmasına ülvi, saf dəyərlərdən qaynaqlanan könüllülük fəaliyyəti çox böyük stimuldur. Eyni zamanda könüllülük mənəvi dəyərlərə bağlılıq baxımından mühüm əhəmiyyət daşıyır . Könüllülük həm də xalqının milli-mənəvi dəyərlərinin daşıyıcısı , tarixinin mədəni irsinin , sərvətinin könüllü qoruyucusu olaq deməkdir.


2)Sizcə gənclər niyə könüllü olmalıdır?


Əslində könüllülük yaşa məhdudlaşan bir fəaliyyət deyil, insna hər yaşda könüllü ola bilər və olmalıdır. Ancaq könüllülük deyiləndə əsasən gənclər gözümüzün önündən keçir. Bu da yəqin ki , könüllülər hərəkatının əsas hərəkətverici qüvvəsinin enerjili , həvəskar və cəmiyyətə fayda vermək istəyi yüksək olan gənclərdən ibarət olması ilə bağlı düşüncədən irəli gəlir. Könüllülük fəaliyyəti həm də gənclərə asudə vaxtlarını səmərəli keçirməyə , yeni dostluqlar qazanmağa , mənfi meyillərdən uzaq durmağa ,ən əsası cəmiyyətə bir fərd kimi fayda verməkdə yardımçı olur. Könüllü fəaliyyəti ilə iştirak etdiyi layihələr , qazandığı uğurlar gənclərin fərdi və sosial inkişafına , gələcək karyerasına təsir edən amillərdəndir.

3)Könüllü olmağın üstünlükləri nələrdir?


Könüllülük mənəvi zənginlikdir.Fəallıq , könüllü fəaliyyət hər bir gəncin inkişafına, onların yeni bacarıqların üzə çıxarılmasında , özgüvənlərinin artırılmasında ,gələcəyə düzgün baxışlarına müsbət təsir göstərir.İnsanları vahid məqsəd ətrafında birləşdirən könüllülük həm də vətənpərvərlik məktəbinin , xalqına , el-obasına , dövlətinə , milli-mənəvi dəyərlərə bağlılığın ,sadiqliyin , xidmətin ən yaxşı örnəyidir.


4)Sizcə könüllü olmağın mənfi tərəfləri varmı?


Könüllülük cəmiyyəti yaxşılığa doğru dəyişdirməyə , vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat ,görülən bütün işlərin timsalında cəmiyyəti irəli aparmağa hədəfləmiş bir fəaliyyət sahəsidir. Könüllülük gəncliyin sabaha açılan pəncərəsidir. Belə fəaliyyətin mənfi tərəfi ola bilərmi?


5)Könüllülük fəaliyyətinizə necə başladınız?


Insanları bir-birinə daha da yaxınlaşdıran ,onlarda mərhəmət sevgi hissini artıran könüllülük fəaliyyəti ilə Bakı Dövlət Universitetində I kursda oxuduğum zamanlardan məşğulam.Tələbə elmi cəmiyyətinin , həmkarlar təşkilatının ,Yeni Azərbaycan Partiyasının könüllü gəncləri ilə birlikdə asudə vaxtın səmərəli keçirilməsi , sosial , ekoloji və digər sahələrdə problemlərin həllinə dəstək kimi geniş profilli layihələrdə iştirak etmişəm. Daha sonra “Müstəqil gənclər “ İctimai Birliyinin təsisçilərindən biri kimi könüllülük fəaliyyətimi davam etdirmişəm . “Dünya Azərbaycanlıları “ Gənclər Ictimai Birliyinin təsisçisi kimi könüllülük fəaliyyətim bu gün də davam edir.


6)Könüllülük həyatınızda nələri dəyişdi və sizə nələr qatdı?


Karyera, təcrübə mübadiləsi , əhatə dairəsinə malik bu sosial fəaliyyət cəmiyyətimizin bütün təbəqələrini əhatə edib. Tələbəlik illərindən könüllülük fəaliyyətində qazandığım təcrübələr uğurlu fəaliyyətimizin başlanğıcı , həyatımın səmərəli dönüş nöqtəsi olub.


7)Könüllü olmaq istəyənlərə nə məsləhət görərdiniz?


Hazırda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummill hərəkata çevrilib. Gənclərimiz öz kreativliyi , təşəbbüskarlığı , innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeniliklər gətirirlər. İnanırıq ki, bu sahədə səmərəli xidmətlərini davam etdirən gənclərimiz öz fəaliyyətlərində humanizm , insansevərlik , xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq , Azərbaycanın tərəqqisi naminə böyük əzmlə çalışmaqda davam edəcəklər.



Könüllülüyün Dəyərləri-Mən bu cür gözəl mövzuya toxunduğu üçün Lalə xanıma minnətdaram. Öncə özümü təqdim etmək istərdim mən Fərid QuluzadəQərbi Kaspi Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə təhsil alıram. Artıq 4ildir ki, müxtəlif dövlət qurumlarının nəzdində olan ictimai təşkilatlarda sosial fəaliyyətimi həyata keçirirəm. Könüllülük mənə dəyəri ölçülə bilməyəcək dəyərlər qazandırıb. 2018-in əvvəllərindən etibarən bu günə qədər düşüncə tərzi, məqsədlər ,inam , dostluqlar, inkişaf dinamikası, bacarıqlar ,üslub , məsuliyyət və düzgün yanaşma kifayət qədər dəyişib və məncə daim dəyişəcək , çünki istənilən şəxsdən istənilən an və vəziyyətdə nəsə öyrənmək mümkündür. Universitetə daxil olduğum artıq 45 gün olardı ki artıq Universitetin” Şən və Hazırcavablar “ klubuna rəhbərlik etməyə başlamışdım. Şanssızlıqdan vaxtımızda çox deyildi 25 günə Universitetdə konsert proqramını təşkil etmək lazım idi. Bu qısa müddətdə komandanın formalaşdırılması ,ssenarinin yazılması, məşqlər və.s mənim məsuliyyətimdə olan məsələ idi. Lakin qeyd etdiyim məsələləri bu müddətdə bacara bildik və 500 nəfərlik tədbir zalını doldura bilmişdik və ilk dəfə olmasına baxmayaraq hər bir kəs çox razı qalmışdı. Bu hadisə mənim başlanğıcım oldu və hazırda da bu yolda davam edirəm. Həmişə standart verilən pulsuz işləyirsən sualına mən çox rahat cavab verə bilirəm ,çünki bu fəaliyyəti nəyə görə etdiyimi bilirəm. Bu sualı verən şəxslərə onları özündən uzaqlaşdırmaq əvəzinə onlara bu nəcib fəaliyyəti izah etmək və onları bu fəaliyyətə cəlb etmək ən məqsədəuyğun yol hesab edirəm, çünki bu sual cavabsız qalacağı təqdirdə birmənalı şəkildə sizin imicinizə ciddi zərbə vuracaqdır, bu isə sizi 10-0 geriyə salacaq. İmicin formalaşdırılması çox vacib bir məsələdir. Siz imicinizi necə formalaşdırsanız uğurlarınız da elə o cür olacaqdır. Bunların nəticəsi olaraq ölkədə vaxtından əvvəl öz yerini tutmuş İctimai Birliklərdən birinin azsaylı qurucusundan biri olmuşam. Bizim orada olarkən əsas məqsədimiz qısa müddətdə özümüzü tanıtmaq və yerimizi tutmaq idi. Buna çatmağın isə bəzi yolları var idi. Bunlardan əsasları prinsiplərə əsaslanmaq lazım olarsa özümüzün bəzi prinsip və xarakterlərindən bir qədər imtina etmək və.s Biz bir- birimizə və işimizə mütləq dəyər verirdik, bu isə bizim möhkəm dostlara çevirirdi ,sadə bir nümunə olaraq gecə belə qalıb bir- birimizin işlərinə kömək etmək mənim işim deyil sənin işindir demədən səhər yuxudan oyanan kimi işə getmək, yaxşı bir hadisə olduqda biz etmişik, mənfi hal olduqda isə hamının günahı öz üzərinə götürməsi ,dəyər, dostluq ,komanda, inkişaf ,məsuliyyət bunların və digər müsbət faktorlar bizi uğura aparan yol idi.
Pandemiya ilə əlaqədar olaraq il ərzində sosial həssas qrupa aid olan ailələrə baş çəkir və onlara ərzaq yardımları çatdırırdıq. İl ərzində 250-yə yaxın ailəyə baş çəkdik. Yola çıxarkən əslində tanımadığın bir ailə üçün yola çıxırsan. Ailəyə çatdığın zaman onlarda olan hiss etdikləri dəstəyin sevinci səni onlardan da çox sevindirir. Artıq bu cür hisslər düşünürəm ki nəyə görə bu fəaliyyət ilə məşğul olmamıza səbəb olacaq gözəl bir faktordur.


Fidan Akbar Qarayeva– “Akbarly Group MMC” nin təsisçisi və direktoru. Peşəkar təlimçi , Nitq və diksiya üzrə təlimçi, Life Coach.
Könüllük mənim üçün başlanğıcdır.Bir insanın həyata hardan başladığı və necə başladığı çox önəmli olduğu kimi karyera həyatında da könüllülüyün rolu o qədərdir.Məsələn, fərz edək ki, bir insan ümumiyyətlə 4 il ərzində tələbəlik həyatında heçnə eləmir, sadəcə universitetə gedib-gəlir. Bitirəndə nə deyəcək? Məşhur o cümləni diplomum var , amma iş tapa bilmirəm. Lakin könüllü olan insanların təcrübəsi olacaq və onlar universiteti bitirdikdə nəinki sadəcə təcrübə qazanmış olacaqlar, eyni zamanda maaşlı işlə də təmin olunacaqlar.Bunlar artıq onların potensiallarına qalıb.
Gənclər ən əsası sosiallaşmaq üçün könüllü olmalıdırlar.Hər şeydə pul güdməmək üçün könüllü olmalıdır.Gənclər könüllü olaraq öyrənəcəklər ki, bu həyatda hər şey təkcə pul deyil, pul olmadığı təqdirdə çox şey öyrənəcəyiniz yerlərdə də könüllü ola bilərsiniz. Məsələn, sosiallaşa biləcəyiniz, yeni insanlar tanıya biləcəyiniz fobiyalarınızdan qurtula biləcəyiniz yerlərdə könüllü ola bilərsiniz. Hal-hazırda gənclərimizin əksəriyyətinin sosial fobiyası var.



Könüllü olmağın üstünlükləri çoxdur .Önəmlisi doğru yerdə və doğru zamanda könüllü olmaqdır. Könüllü olanların üstünlüyü digər insanlara nisbətən daha sosial olmağı, daha bilgili olmalarıdır. Hal-hazırda könüllü fəaliyyətinə başlamaq daha rahatdır. Mən başladığım zamanlarda isə bu belə deyildir. Mən şirkətlərə sadəcə gedirdim və bu işdə maaşsız işləyəcəyəm deyirdim.Əfsuslar olsun ki, bu belə idi.
Könüllülük sayəsində bir çox şirkətlərin iş prinsipinin necə olduğunu öyrəndim. Həqiqətən könüllülük mənə çox şey qatdı. Bu gün hələ də hamısını öz şirkətimdə istifadə edirəm. Bəzilərində necə şirkət idarə etmək olmaz onu öyrəndim.Könüllü olmaq istəyənlərə məsləhətim odur ki,ən yaxşısı vazkeçməyin, doğru yerdə və doğru zamanda könüllü olun. Könüllülük sadəcə orda tapşırılan işi görmək olmasın, sosiallaşın, öyrənin, dünyaya açılın.
Könül Quliyeva- Safavy.org Layihə rəhbəri , Təlimçi /Mentor
Könüllülük- şəxsin öz iradəsi və istəyi ilə, təcrübə qazanmaq, komandada işləmək bacarığı əldə etmək üçün ödənişsiz və ya aşağı məvaciblə çalışmasıdır. Gələcək karyera üçün iş təcrübəsi, komanda işi, korporativ mühit, bir sıra yumşaq bacarıqları da öyrənmək gərəkir. Bunun üçün təhsil müddətinin başa vurulmasını gözləmək lazım deyil. Könüllülük proqramları çərçivəsində hər kəs iş mühitini tələbə olan zaman görmüş olur. On il öncə tələbələr ya sonuncu kursda təcrübəyə göndərilirdi, ya da təhsilini başa vurduqdan sonra özü iş tapmalı olurdu. Bu zaman yeni məzun olmuş gənclərdən iş təcrübəsi belə tələb olunurdu. Ancaq hazırda könüllülük proqramları vasitəsilə iş mühitinə hazırlıq dövrü keçmiş olursunuz. Bütün bunlarla yanaşı geniş ətrafın və əlaqələrin qurulması imkanı əldə edirsiniz.
Müsbət təsirlərin fonunda mənfi tərəfləri görmək bir az çətindir. İş təcrübəsi baxımından gənclər bu dövrdə konkret ixtisas öyrənmirlər. Ancaq ən azından asudə vaxtlarını düzgün dəyərləndirmək olur. Hətta könüllülər üçün hazırda bir sıra ödənişsiz təlimlər belə keçirilir ki, bu da olduqca inkişaf baxımından böyük fürsətdir.
Mənim dövrümdə bu cür proqramlar hələ yox idi. Ancaq olduqca aktiv tələbə idim, universitetin və digər yarışların konfrans və tədbirlərində iştirak ediridim. Gənclər təşkilatlarında üzv olaraq, maraqlı və faydalı təlimlərə qoşulurdum. Təbii ki, bu da mənə nəticədə çox böyük inkişaf mərhələsi keçməyimə, yaxşı dostlar qazanmağıma yardımçı olmuşdur. Tələbəlik illəri nəinki bilik əldə etmək imkanımız olur, eyni zamanda özümüzü, şəxsi keyfiyyətlərimizi kəşf etmiş oluruq.
Əgər hələ də gələcəyə dair fikirləriniz formalaşmayıbsa, özünüzü çəkingən, təcrübəsiz hiss edirsinizsə könüllülük proqramlarına qoşula bilərsiniz. Çünki elə bilik və vərdişlər var ki, onlar yalnız kollektivdə, ictimai işlərdə, komanda daxilində təcrübə ilə qazanılır. Bunun üçün sizə yaradılan imkanlardan faydalanmağı tövsiyə edirəm. Gənclik enerjisi yüksək olur və çalışın bu enerjini doğru işə, doğru zamanda sərf edəsiniz.
Könüllü olmaq bacarıqları- Könüllü fəaliyyətinin hər hansı bir istiqaməti, müəyyən bir bacarıqlara sahib olmağı nəzərdə tutur. Məhz:insanları dinləmək və problemlərini dinləmək bacarığı;insanların bir könüllünün ardınca gedəcəyi liderlik xüsusiyyətlərinə sahib olmaq; könüllü ilə ünsiyyət qurmaq üçün lazımi şəxsi tapşıran ünsiyyət və xarizma; zəruri hallarda çətin qərarları tez və məsuliyyətlə vermək bacarığı; psixoloji hazırlıq və komandada işləmək bacarığı, çünki könüllülük ən çox qrup işidir.
Könüllülük- könüllü olaraq həyata keçirilən və pul təzminatını əhatə etməyən bir işdir. Bu yanaşmanın mənşəyinin dəqiq tarixini müəyyənləşdirmək mümkün deyil: formal olaraq, əcdadlarımızdan biri də qarşılığında heç bir şey gözləmədən qonşusuna yaxın bir mağaradan yanğın çıxartmağa kömək edən ilk könüllü hesab edilə bilər.

 

Könüllülük məsələsində, yüksək gözləntilərin olmaması daha yaxşıdır - onda ortaya çıxacaq bütün uğursuzluqların və sürprizlərin həyatda qalması daha asan olacaq və layihənin yaxşı anlarından daha çox sevinc olacaq. Macəra və yeni təcrübəyə hazırsınızsa - belinizdə bir sırt çantası və gedin! Könüllülük həyat tərzinizə uyğun deyilsə, ehtimal ki, başqa materialları da oxuyursunuz.


Könüllülük -dünyanı daha xoşbəxt bir yer halına gətirmək üçün bir fürsətdir. Könüllülər təbəssümlərin “yetişdirilməsi” ilə məşğul olur, ağır xəstələrin sağaldılması üçün ümidləri artırır, yaşlı nəsildə gənc nəslə olan inamı bərpa edir və dünyamıza müsbətlik gətirən digər maraqlı şeylər edirlər. Bir çoxları üçün könüllülük həyatda məna tapmağa kömək edir.
Könüllülük -ödənişli bir işə qəbul edilməli olan praktik biliklərin əldə edilməsi.Əksər işəgötürənlər iş təcrübəsi olmayan gənc mütəxəssisləri işə götürmək istəmirlər. Sizi işə götürmək istəmirlərsə, bu təcrübəni necə əldə edə bilərsiniz? Könüllülük bu çətin vəziyyətdən çıxmağın real yoludur. Könüllülük yaxşı ödənişli bir iş əldə etmək üçün lazım olan bacarıqları qazanmağa kömək edə bilər.Məsələn, könüllü olaraq çalışan gənc marketinq mütəxəssisləri televiziya üçün sosial videoların hazırlanması və İnternet saytları üçün bannerlər, PR məqalələri yazma bacarıqları, kampaniyaların aparılması təcrübəsi və universitetdə ala bilmədikləri ixtisas üzrə bir çox praktik bilik əldə edə bilərlər.

 

 

Könüllülərin əksəriyyəti bir çox hobbisi və həyata baxışı fərdi baxışları olan çox yönlü fərdlərdir. Ayrıca, könüllü olaraq çalışaraq, başqa ölkələrdən olan könüllülərlə, xeyriyyə tədbirlərində iştirak edən məşhur idmançılarla və pop ulduzlarla tanış ola bilərsiniz. Uşaqlara kömək edəcək layihələrdə işləyən könüllülər praktik uşaq psixologiyası və pedaqogikası haqqında məlumat əldə edə bilərlər. Könüllü olaraq işləyərək bir uşağın necə yemək verəcəyini, necə şənlənəcəyini, öyrənməsini onun üçün necə maraqlı edəcəyini öyrənirlər.
Ətrafımızda qayğıya, sevgiyə və dəstəyə ehtiyacı olan bir çox insan var. Bunlar əlillər və tənha qocalar və yetimlərdir. Könüllülər bu insanları daha xoşbəxt edə bilər. Bunun üçün psixoloq və ya həkim olmağınıza və çox boş vaxtınız olmasına ehtiyac yoxdur. İhtiyacınız olan tək şey dünyamızı bir az da yaxşılaşdırmaq istəyidir.Əvvəlcə xəyal qurmalı və dürüstcə özünüzdən istədiklərinizi soruşmalısınız: pulsuz işləmək sevilməyən iş - şübhəli bir fikir. Bəlkə də, uşaq vaxtı təlxək olmağı və uşaqları sevindirməyi xəyal edirdiniz və ya atlara minib onlara qulluq etmək istəmisiniz, ancaq valideynləriniz bunları qadağan edib? Yoxsa çoxdan İtaliyada Adriano Celentano kimi İtalyanca danışmasını istəmisiniz? Yoxsa bəlkə okeanları keçmək istəyirsən? Yoxsa həyatınızda yalnız LEGO yığdığınıza baxmayaraq kartof və pomidor yetişdirməyi və ya ev tikməyi öyrənmək istəyirsiniz? Yoxsa zibilin yaxınlıqdakı parkda uzanmasından yoruldunuz və təmizlikdə bir dırmıq dalğalandırmaqdan məmnun olarsınız?

Sahələrdə işləmək sizin güclü nöqtəniz deyilsə, cəhd edə bilərsiniz yaradıcı layihələr - məsələn, muzeylərdə işləmək (məsələn, Dövlət Tretyakov Qalereyası, Dövlət Ermitajı, N. Roerich Mərkəz-Muzeyi və digər böyük rus və xarici muzey və qalereyalar könüllü axtarır), rus və xarici festivallarda - musiqi və film - və digər layihələrdə iştirak etmək. Hər kəs üçün bəyəndiyiniz bir iş var. Yeri gəlmişkən, bəziləri cüt-cüt işə götürülür, buna görə tətilinizi tək başına götürməyə ehtiyac yoxdur.
Kifayət qədər xəyal qurduğunuz zaman hərəkətə başlaya bilərsiniz. Nəzərə alınmalıdır ki, çoxlarının getmək istədiyi genişmiqyaslı və populyar tədbirlərdə (məsələn, Olimpiya Oyunlarında, Burning Man, Oxford Film Festində) yalnız seçimdən sonra könüllü olurlar və siz də təlim keçməlisiniz. Belə hallarda, müraciətlər əvvəlcədən - tədbirdən təxminən altı aydan bir il əvvəl göndərilməlidir: məsələn, Rio Olimpiadası üçün könüllü vakansiyalar üçün işə qəbul müsabiqədən iki il əvvəl başlamışdır. Eyni qayda xüsusi bacarıq tələb edən layihələrə də aiddir - məsələn, xüsusi ehtiyacı olan insanlarla işləmək üçün xüsusi təlim tələb olunur. Üstəlik, viza almaq və bilet almaq üçün vaxt ayırmalısınız - bir qayda olaraq bunu özünüz etməlisiniz.
Xaricdə könüllü olmaq istəyirsinizsə, özünüz üçün bir layihə tapa bilərsiniz və ya dünyanın müxtəlif yerlərindən könüllü vakansiyaları toplayan toplayıcı saytlara müraciət edə bilərsiniz. İkinci halda, qeydiyyat haqqı üçün (20-60 dollar) bir az pul yığmağa, könüllülər və könüllülər üçün qeydiyyatdan keçməyə dəyər - məsələn Workaway - daha tez-tez ziyarət etmək qrup səyahətçilərin Rusiyada və dünyada könüllü vakansiyalar göndərdiyi yer. Bir çox layihədə bir Facebook səhifəsi var, bu sayədə təşkilatçılarla əlaqə saxlaya bilərsiniz. Rusiyada hələ könüllü vakansiyalar üçün xüsusi bir platforma yoxdur. Ancaq eyni zamanda zövqünüzə uyğun bir layihə tapmaq asandır: bir çox milli park var, təsərrüfatlar , könüllü axtaran qeyri-kommersiya təşkilatları.

 

Könüllü olun və dünyanı dəyişdirmək üçün əllərinizi alın daha yaxşı tərəf tamamilə hər bir insan edə bilər, amma bunun üçün işinə məsuliyyətli yanaşmağı, mehriban və rəğbətli olmağı bacarmalı və əlbəttə ki, əhalinin ehtiyaclı təbəqələrinə kömək etmək üçün səmimi bir istəyi olmalıdır. Əgər belə bir insansınızsa - könüllülər sırasına qoşulun və həyatınızı və kömək etdiyiniz insanların həyatını yaxşılaşdırın!

 

 

 

 

 

 


 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]