Bülbülün Memorial Muzeyində "Şuşaya qayıdış" adlı tədbir keçirilmişdir.

Bülbülün Memorial Muzeyində "Şuşaya qayıdış" adlı tədbir keçirilmişdir.

 Bülbülün Memorial Muzeyində "Şuşaya qayıdış" adlı tədbir keçirilmişdir.

 

05 fevral 2021-ci il tarixində Bülbülün Memorial Muzeyində "Şuşaya qayıdış" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Cabbarova Fərqanə qonaqları Qələbə münasibəti ilə təbrik etmiş, tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı, Şuşaya səfəri, Bülbülün ifasında "Ölkəm"romansı, Bülbülün Şuşadakı ev muzeyi ilə bağlı videolar təqdim olunmuşdur. AMK tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdləri, Respublika və Beynəlxalq müsabiqələr laureatları Ədilə Əliyeva, Həzrət Əzizli, Sevil Abdullayeva, Əli Xuduzadə, Təbriz Qədimalıyev, Oqtay Şərifovun ifasında C.Cahangirov "Qarabağ", Azərbaycan xalq mahnısı "Sarı bülbül", "Ay çiçək", Ə.Məmmədov "Xudayar təsnifi", "Qarabağ şikəstəsi" səsləndirilmişdir.
Tədbir paralel olaraq Zoom vasitəsi ilə nümayiş etdirilmişdir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]