Elvüsal Məmmədovun Ərəb dili kitabı nəşr olunub

Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Ərəb dili”  kitabı nəşr olunub.


Gələcəkdə dərslik kimi nəşr olunması nəzərdə tutulan kitab İlahiyyat fakültəsinin “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə təhsil alan I-II kurs tələbələri üçün tərtib olunub.


Kitabda qarşıya qoyulan başlıca məqsəd ərəb dili üzrə oxu, yazı və tərcümə bacarıqlarını formalaşdırmaq, tələbələrdə müasir ərəb dilinin lazımi səviyyədə mənimsənilməsini təmin edəcək məlumat bazası yaratmaqdır.


Kitab 20 dərsdən, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qısa lüğətdən ibarətdir. Mövzular sadədən-mürəkkəbə, asandan-çətinə doğru bölüşdürülmüşdür. Belə ki, leksik-qrammatik mövzuları ilk semestr üçün çox asan, ikinci semestr üçün orta-çətin, üçüncü və dördüncü semestrlər üçün nisbətən çətin olaraq səciyyələndirmək mümkündür. İyirmi dərsdən ibarət olan kitabda ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir.


Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]