-

Ronaldu və sevgilisi Corcina Rodriqes 7 yaşlı oğlana yardım edib

 FUTBOL
-----------------------------------
Ronaldu və sevgilisi Corcina Rodriqes 7 yaşlı oğlaba yardım edib



"Yuventus" klubunun portuqaliyalı forvardı və hər zaman hansısa bir xeyriyyə əməli ilə diqqət çəkən Kriştianu Ronaldu bu dəfə sevgilisi Corcina Rodriqes ilə yadda qalıb. Belə ki, cütlük Portuqaliyada bədxassəli xərçəng xəstəliyinə tutulan 7 yaşlı oğlan uşağının müalicəsi üçün lazım olan xərci qarşılayıb. Ronaldu və Rodriqes cütlüyü 2019-cu ildə bu bəlaya düşən Tomasla tez-tez görüşür. Bu arada Barselonada klinikalardan birində müalicə alan Tomasın valideynləri cütlüyə təşəkkür edib: "Tomas lazımi analizləri vermək və müalicə olunmaq üçün artıq Barselonaya yollanıb. O hazırda "Vall Debron" xəstəxanasındadır. Rodriqes və Ronaldu, Siz böyük ürək sahibi, bizə həmrəy və kömək olduğunuz üçün Sizə təşəkkür edirik. Tomas məhz Sizin sayənizdə müalicə olunmaq imkanı tapdı. Sizə bir daha sonsuz təşəkkür edir və çox sağ olun deyirik".

İNTİQAM Məmmədov

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]