YENİ TİKİLƏN EVLƏR TURİZM BAXIMINDAN CƏLBEDİCİ OLMALIDIR

YENİ TİKİLƏN EVLƏR TURİZM BAXIMINDAN CƏLBEDİCİ OLMALIDIR

 YENİ TİKİLƏN EVLƏR TURİZM BAXIMINDAN
CƏLBEDİCİ OLMALIDIR




AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev “azpolitiko.info” saytında “Qarabağin bərpasi: yerli mineral-xammal ehtiyatları və kaloritli kəndlər” adlı məqalə dərc etdirib.
Məqaləsini “Necə edək ki, Qarabağda tikiləcək evlər, kəndlər, şəhərlər bir-birinə oxşamasın?” kəlməsi ilə başlayan müəllif şanlı ordumuzun vəzifəsini şərəflə yerinə yetirərək Qarabağı düşməndən azad etdikdən sonra estafeti yaradıcı insanlara ötürməsindən, fəhləsindən tutmuş aliminə, kəndlisindən tutmuş mühəndisinə, iş adamından tutmuş dövlət qulluqçusuna qədər hamının viran qoyulmuş yerləri dirçəltmək üçün hər kəsin əlindən gələni etməli, quruculuq işlərinə öz töhfəsini verməli olduğundan bəhs edir.
Bərpa-quruculuq işlərində Qarabağın landşaft xüsusiyyətlərini mümkün qədər saxlayaraq ərazidə turizm baxımından maraq doğura biləcək, bir-birindın seçilən evlərin salınmasını arzulayan alim, eyni zamanda, imkanı və istəyi olan insanlara oralarda ev tikmək, fərdi təsərrüfat qurmaq üçün şərait yaradılmasını, dövlət tərəfindən müəyyən yardımların edilməsini təklif edir: “Bu, nəticədə həm Qarabağın dirçəlişi prosesini sürətləndirər, həm dövlətə düşən yük azalar və həm də yaşayış məntəqələrimiz bir-birindən fərqli, gözəyatımlı görkəm alar”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]