İçərişəhər DTMQİ-nin üzvü olduğu OWHC tərəfindən onlayn seminar keçirilib - FOTO

“İçərişəhər” DTMQİ-nin üzvü olduğu OWHC tərəfindən onlayn seminar keçirilib - FOTO

11 fevral 2021-ci il tarixində “İçərişəhər” DTMQİ-nin üzvü olduğu Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC) tərəfindən təşkil edilən “Kvebekə gedən yol” (On the Road to Quebec) mövzusunda onlayn silsilə seminarın ilk görüşü baş tutub. “Mədəniyyət və Texnologiya” mövzusunda keçirilən ilk görüşdə "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin üzvü Cavid Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov və Bakı Xanları İqamətgahının Ekspozisiyası şöbəsinin müdiri Aygül İsmayılova, eləcə də OWHC təşkilatının rəhbərliyi, OWHC-yə üzvü olan Krakov, Reqensburq, Varşava, Kvebek və digər şəhərlərin nümayəndələri iştirak ediblər.


Görüşdə əsasən COVID-19 böhranının mədəni irs sahəsinə, turizm sənayəsinə təsiri və bu vəziyyətdən çıxış yolları və pandemiyanın bu sahəyə neqativ təsirlərinin azaldılması məsələləri OWHC-yə üzv şəhərlərin nümunəsində müzakirə edilib və təcrübə mübadiləsi aparılıb. Bundan başqa, innovativ texnologiyanın “Turizm”, “Mədəni İrs” və “Mədəniyyət” sahələrində tətbiqinin əhəmiyyəti vurğulanıb və üzləşə biləcəyimiz çətinliklərə toxunulub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]