Dövlət Xidmətinin rəis müavini Qobustan qoruğunda olub - FOTO

Dövlət Xidmətinin rəis müavini Qobustan qoruğunda olub - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli  Qobustan Milli Tarix- Bədii Qoruğuna səfər edib,  qoruğun fəaliyyəti ilə tanış olmuşdur.


Qoruq əməkdaşları ilə  keçirilən görüş zamanı onların gələcəkdə daha keyfiyyətli iş və  səmərəli nəticələrə yönəlmiş təkliflərini dinləmişdir.


A.Cəfərli post-pandemiya dövründə çağırışlara və gözləntilərə  uyğun fəaliyyətin  qurulmalı olduğunu bildirmişdir. Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın unikal qayaüstü təsvirləri ilə təkcə ölkə miqyasında deyil,  həm də  dünyanın azsaylı bənzər abidələri sırasında xüsusi yer tutduğunu vurğulamışdır.


Dövlət Xidmətinin rəis müavini  qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, gələcək fəaliyyət istiqamətləri və görüləcək işlər barədə tapşırıq və tövsiyələrini vermişdir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]