21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

 “21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək


“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 6-7 mart 2021-ci il tarixlərində “21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın həyata keçirilməsində məqsəd ailə institunun möhkəmləndirilməsini, qadın və uşaq hüquqlarının qorunmasını, ölkədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslaşmasını və psixologiya sahəsinin inkişafını təmin etməkdən ibarətdir.
Konfrans 2 gün olmaqla 6-7 mart tarixlərində Zoom proqramı vasitəsilə həyata keçiriləcək.
Konfransda Türkiyə və Rusiyanın tanınmış psixoloq, psixoterapevt və həkimləri bir sıra aktual mövzularda çıxış edəcəklər.İştirakçılar Beynəlxalq Sertifikatla təltif ediləcək.
Konfrans çərçivəsində aşağıdakı mövzular haqqında çıxışlar ediləcək:
Təranə Paşayeva - Klinik psixololoq, psixologiya üzrə fəlsəfə doktoru –“Travma və yas terapiyası”
Marina Borisovna - Tibb və Psixologiya elmləri doktoru –“Ailə psixologiyası”
Umut Kısa - Fəlsəfə doktoru, təlimçi və yazar –“Uşaq və yeniyetmələrdə rəqəmsal asılılıq”
İqor Dobryakov - Psixiatr, Tibb elmləri doktoru –“Perinatal psixologiya”
Elmira Mirzəyeva – Psixologiya üzrə fəlsəfə doktoru – “Sağlam uşağı dünyaya necə gətirməli?”
Banu Bostancı - Klinik Psixoloq – “Gizli hamiləlik”
Atanur Akar - Psixoloq, fəlsəfə doktoru –“Yeniyetməlik dövrünün psixoloji problemləri”
Obengül Ejder - Tibb elmlər doktoru, psixoterapevt –“Uşaqlıq dönəmində cinsi istismarın yetkinlik dövrünə təsiri və qarşısının alınması”
Anna Fedorova - Tibb elmlər doktoru, professor - “Cinsi terapiyanın əsasları”

Ətraflı məlumat və qeydiyyat üçün: 050 899 46 48

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]