Ağcabədidə vaksinasiya tədbirləri davam etdirilir AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=10)

Ağcabədidə vaksinasiya tədbirləri davam etdirilir AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=10)

  Ağcabədidə vaksinasiya tədbirləri davam etdirilir

 

Rayonumuzda əhalinin koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunması tədbiri davam etdirilir. 21 yanvar 2021-ci il tarixdən başlayan kampaniyada artıq 1000 nəfərdən artıq rayon sakininın peyvənd olunması həyata keçirilib.
Ağcabədi rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, rayon vaksinasiya kampaniyasının rəhbəri Sabir Məhərrəmov AZpress.AZ- ın bölgə müxbirinə bildirib ki, əhalinin vaksinasiya olunması müntəzəm olaraq aparılır, peyvənd olunanlar ilk öncə hərtərəfli həkim müayinəsindən keçirilir. İndiyədək vaksinasiya olunanların böyük əksəriyyətini 65 yaşdan yuxarı olan şəxslər təşkil edirdi. 17 fevral 2021-ci il tarixdən vaksinasiya olunanların yaş həddi 50-yə endirilmişdir. Gün ərzində rayonda koronavirusa qarşı 50-60 nəfər peyvənd olunur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]