AQSİA sədri Türkiyədə Biznes Forumda - FOTO

AQSİA sədri Türkiyədə Biznes Forumda - FOTO

18 dekabr 2021-ci il tarixində Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib.


Forumda iki qardaş ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər iştirak ediblər.


Forumda çıxış edən Baş nazir Əli Əsədov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfəri tarixi hadisə kimi dəyərləndirib. O, şanlı Qələbənin əldə olunmasında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin göstərdiyi siyasi, mənəvi dəstəyə görə minnətdarlığını bildirib. Əli Əsədov İraqın şimalında 13 türkün amansızcasına qətlə yetirilməsinin Azərbaycanda hiddətlə qarşılandığını forum iştirakçılarının diqqətinə çatdırıb.


Baş nazir bildirib ki, hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir.


Azərbaycan-Türkiyə əməkdaşlığının bütün sahələrdə inkişafına yeni təkan verildiyini deyən Baş nazir bildirib ki, bu, ölkələrimiz arasında ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist səfərlərinin artmasına, xalqlarımızın bir-biri ilə daha da yaxınlaşmasına imkan yaradacaq.


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxış edərək diqqətə çatdırıb ki, nəqliyyat və tranzit sahəsi Azərbaycan və Türkiyənin ikitərəfli əməkdaşlığında mühüm sahələrdəndir. Bu gün də Türkiyə tərəfi ilə həmin sahələrlə bağlı müzakirələr aparılıb. Son illər Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks istiqamətdə hərəkət edən TIR-ların sayında əhəmiyyətli artım müşahidə edilib. 2020-ci ildə dinamika 2019-cu illə müqayisədə 74,4 faiz olub.


Biznes forumun sonunda hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.


Azərbaycan Qadın Sahibkarlığının İdarə Heyətinin sədri, Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva Türkiyənin paytaxtı Ankara şəhərində cənab baş nazir Əli Əsədov, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun da iştirakı ilə Türkiyənin ULUSKON, Uluslararası Yatırım ve İş Konfederasyonu ilə yeni birgə əməkdaşlığa imza atıb. İmzalanan memorandum iki təşkilat arasında atılan ilk əməkdaşlıq addımıdır. Bundan əlavə olaraq yaxın gələcəkdə hər iki ölkənin biznes təşkilatları ölkələr arası iqtisadi əlaqələrin inkişafına töhfə verəcək yeni layihələr üzərində əməkdaşlıq qurmağı planlaşdırır.Eyni zamanda Səkinə Babayeva Bakı Tekstil Fabriki MMC-nin rəhbəri kimi Türkiyədə fəaliyyət göstərən Bakü Örme Kumaş Sanaye. Ve Ticaret LTD ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]