ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması -

ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması

Bakı, Mingəçevir, Lənkəran, Sumqayıt şəhərlərində və Qax rayonunda yaşayan gənc ataların diqqətinə!

“ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində paytaxt və regionlarda gənc atalar üçün seminarlara start verilir.


Seminarlar aşağıdakı mövzuları rəhbər götürərək məsuliyyətli atalığın əhəmiyyətini öyrənmək üçün birgə müzakirə mühiti yaradacaqdır:


• Gender stereotipləri və sosial normalar;
• Qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı;
• Patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq;
• Ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri;
• Ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi təsiri.


Seminarlar 5 rayonda aşağıdakı qrafik üzrə həyata keçiriləcəkdir:


Qax – 27-28 Fevral 2021
Mingəçevir - 1-2 Mart 2021
Bakı – 16-17 Mart 2021
Sumqayıt - 10-11 Mart 2021
Lənkəran - 13-14 Mart 2021
 

Qeyd edək ki, "ATAM MƏNİ SEVİR" layihəsinin əsas məqsədi ataların gender bərabərliyi məsələsində rolunu stimullaşdırmaq, məsuliyyətli atalıq konsepsiyasında gender stereotipləri haqqında məlumatlılığı artırmaq və qadınlara və qızlara qarşı zorakılığı aradan qaldırmaqdır.
 

Ətraflı məlumat : https://cutt.ly/Wk9MNDP  
 

Qeydiyyat üçün: https://cutt.ly/qkZzeQD
 

Qeydiyyat üçün son müraciət tarixi: Qax və Mingəçevir üçün 25 Fevral 2021-ci il; Bakı, Lənkəran və Sumqayıt üçün 7 Mart 2021-ci ildir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]