Tərtərdə fermer və aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirilib AZpressAZ - Mais Ibrahimov, Ağcabədi
Bu xəbəri paylaş
Tərtərdə fermer və aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirilib
Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin təlim planına uyğun olaraq, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Tərtər rayonunun Qaraqoyunlu kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri “Sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması. Arata torpağın hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, dondurma şumunun altına mineral gübrələrin verilməsi və səpinin aparılması” mövzusunda fermerlərlə söhbətlər aparıblar.
Pambıq əkilməsi üçün dondurma şumu aparılmış sahədə təşkil edilmiş görüşdə müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
(Sadıxov Rasim Mirzəbala oğlu)