Ukraynadan idxal edilən soğan məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb -

Ukraynadan idxal edilən soğan məhsulunun istehlaka yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
 

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ukrayna Respublikasında “ALİKEND” özəl müəssisəsi tərəfindən istehsal olunan və "İMPORT TRADE AZ" MMC tərəfindən ölkəmizə idxal edilən 20.51 ton soğan məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.
 

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]