NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ XALÇA ESKİZİ MÜSABİQƏSİ

NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ XALÇA ESKİZİ MÜSABİQƏSİ

 NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ XALÇA ESKİZİ MÜSABİQƏSİ


Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bununla əlaqədar Prezident İlham Əliyev Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamdan irəli gələrək Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyi görkəmli şairə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsini elan edir. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin 600 DPI JPEG formatında skan olunmuş versiyasını [email protected] elektron ünvanına 15 may 2021-ci il tarixinədək göndərmələri xahiş olunur.
Müsabiqənin qalibi beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək və 30 may 2021-ci il tarixində elan ediləcək. Qalib gələn müəllifin eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən xalça toxunacaq. Həmçinin qalibə pul mükafatı təqdim olunacaq.
Müsabiqənin qalibi xarici vətəndaş olarsa, onun xalça kəsimi mərasimində iştirak etməsi üçün yol və mehmanxana xərcləri muzey tərəfindən ödəniləcək.

Daha ətraflı məlumat üçün: +994 12 497 20 16
[email protected]
https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi
https://www.instagram.com/carpetmuseumbaku/

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]