AMEA-nın müxbir üzvü Tehran Mustafayevin biblioqrafiyasi nəşr olunub -

AMEA-nın müxbir üzvü Tehran Mustafayevin biblioqrafiyasi nəşr olunub

AMEA-nın müxbir üzvü Tehran Mustafayevin biblioqrafiyasi nəşr olunub

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA-nın müxbir üzvü Tehran Əlişan oğlu Mustafayevin biblioqrafik göstəricisi tərtib edilmişdir. Kitabın elmi redaktoru, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçisi doktorant Afət Məmmədovadır.

Biblioqrafik göstərici Tehran Əlişan oğlu Mustafayevin elmi-pedaqoji fəaliyyətinin 1981-2020-ci illərini əhatə edir.

Göstəriciyə alimin həyatı, elmi-pedaqoji fəaliyyəti haqqında oçerk, dərslik və dərs vəsaitlərinin, Azərbaycan və rus dillərində dərc olunmuş məqalələrinin, respublika və beynəlxalq əhəmiyyətli konfranslardakı məruzələrinin, elmi-tədqiqat işlərinin və s. biblioqrafiyası daxil edilib.

Vəsaitdə, həmçinin Tehran Mustafayevin redaktə etdiyi kitablar, görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri, alimin həyatı, elmi və icti-mai fəaliyyəti haqqında mənbələr də yer alıb.

Kitabdan istifadəni asanlaşdırmaq məqsədi ilə soraq axtarış aparatı tərtib edilmiş, Tehran Mustafayevin əsərlərinin, eyni zamanda dövri, ardı davam edən və seriyalı nəşrlərin əlifba göstəricisi verilmişdir.

Biobiblioqrafik göstərici filologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]