Faiq İsmayılov: - XOCALI: dağıdılan mədəniyyət, təhrif edilən tarix.

Faiq İsmayılov: XOCALI: dağıdılan mədəniyyət, təhrif edilən tarix.

 XOCALI: dağıdılan mədəniyyət, təhrif edilən tarix.

 

Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıya qarşı törədilən soyqırım tək onun genefondu ilə bağlı deyil, bu ümumilikdə Azərbaycanın Mədəniyyətinin və tarixinin sağalmaz yarasıdır.
Xocalının qədim Tarixi - Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır.

Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar. Ümumilikdə son 28 il ərzində Xocalının tarix və mədəniyyət abidələri 4 887 500 000 manat zərər çəkmişdir.

İndi Xoçalıda yolumuzu gözləyən erməniləşdirilmiş torpaq, qəribsəmiş qəbir daşlarımızdır.

 

 


Faiq İsmayılov.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai birliyinin sədri.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]