Təranə Paşayeva: Uşaqların özgüvənini zədələyəcək 10 ifadə

Təranə Paşayeva: Uşaqların özgüvənini zədələyəcək 10 ifadə

  Uşaqların özgüvənini zədələyəcək 10 ifadə:


1️⃣ Mən sənə demişdim axı... Uşaq yıxıldıqda, yaxud əşyanı sındırdıqda bu ifadələrdən istifadə etməyin, əksinə ona dəstək olmağa, hər halda onu sevdiyinizi göstərməyə çalışın.
2️⃣ Mən sənə görə/ Sizə görə... Siz heç kəsə görə deyil, özünüz üçün uşaq dünyaya gətirirsiniz, özünüz üçün ana olmusunuz. Belə dediyiniz halda uşaq özünü sizə borlcu olaraq hiss edəcək və şəxs olaraq düzgün inkişaf edə bilməyəcək.
3️⃣ Məni əsəbləşdirmə... Öz duyğularınızın məsuliyyətini uşağa ötürməyin, əvəzinə daha açıq şəkildə xahiş edin: Mən özümü pis hiss edirəm, olar bu gün bunu etməyəsən.
4️⃣ Bütün uşaqlar sakitdir, tərbiyəlidir, amma sən... Uşağınızı kimləsə müqaisə etdiyiniz zaman, o sevilmədiyini düşünməyə başlayır və sizdən uzaqlaşır, diqqət çəkmək üçün fərqli davranışlar sərgiləyir.
5️⃣ Sən həmişə tənbəlsən... Bir hadisə üçün ümumiləşdirilmiş ifadələr isifadə etməyin, əvəzinə “Oyuncaqlarını yığışdır” deyə bilərsiniz.
6️⃣ Özün günahkarsan... Günahkar axtarmağa deyil, məsələni həll etməyə və övladınıza kömək olmağa fokuslanın ki, problem təkrarlanmasın.
7️⃣ Düz söz deyəndə küsmək lazım deyil... Kobud sözlər deyib, uşağı incitmisinizsə, sadəcə üzr istəyin ki, gələcəkdə övladınız dediyiniz sözlərə görə peşman olduğunuzu və səhv etdikdə üzr sitəməyi bilsin.
8️⃣ Belə pis uşağı mən çox istəməyəcəm... Axı bu belə deyil, siz övladınızı həmişə sevəcəksiniz, amma bu sözü deyərək onda şübhə yaradacaqsınız.
9️⃣ Ağlamağa səbəb tapdı da... Bu Siz tərəfdən uşağın problemlərini ciddi qəbul etmədiyinizi düşündürür. Gələcəkdə uşaq sizdən hər şeyi gizlətməyə, dərdlərini sizlə bölüşməməyə başlayacaq.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]