Yaz ağac əkininə start verilir

Yaz ağac əkininə start verilir

Yaz ağac əkini mövsümünə 9 mart 2021-ci il tarixində Zəngilan rayonundan start veriləcək.


Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq, seyrək, kəsilmiş və yanğına məruz qalmış ərazilərində Xidmətin əməkdaşlarının iştirakı ilə  karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun müxtəlif meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək.


“Bu yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparlıması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 400 000-dən çox meşəcinsli tinglərin əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]