BDU-da 4D TOMOQRAFİYASI mövzusunda elmi seminar

BDU-da “4D TOMOQRAFİYASI” mövzusunda elmi seminar

Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib. Seminarda İnstitutun Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi Vidadi Bagıyev “Femtokimya və 4D-TOMOQRAFİYASI" mövzusunda məruzə ilə çıxış edib.
 

Məruzəçi 4D-elektron tomoqrafiyasının yaranması və texniki şərtləri haqqında məlumat verərək, bu texnologiyanın femtosaniyə zaman miqyasında nano ölçülü obyektlərdə baş verən dəyişiklikləri üçölçülü, həcm (3D) və zamandan asılı olaraq müşahidə etmək, mikroaləmdə obyektlər və proseslər haqda 4D tomoqrafik film çəkmək imkanı olduğundan bəhs edib. Adıçəkilən istiqamətin perspektiv tətbiq sahələri kimi kimya, o cümlədən dinamik femtokimya - atom və molekul səviyyəsində kimyəvi reaksiyaların getməsini femtosaniyə miqyasında müşahidə və mənimsənilməsinin yolları göstərilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]