AQTA ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında görüş keçirilib

AQTA ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında videokonfrans formatında görüş keçirilib.


26 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayevanın iştirak etdiyi görüşdə “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın müvafiq maddələri (UNESCO International Convention against Doping in Sport. Article 10), idman qidaları barədə yerli qanunvericilik və mövcud tənzimləyici mexanizm müzakirə olunub.


Daha sonra idman qidasının dopinq vasitələrilə saxtalaşdırılmasına qarşı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]