Sərbəst güləş üzrə yığmamız Kiyev tunirində 3-cü olub İNTİQAM təqdim edir (Azpress.AZ)

Sərbəst güləş üzrə yığmamız Kiyev tunirində 3-cü olub İNTİQAM təqdim edir (Azpress.AZ)

 GÜLƏŞ
-------------------------------------------------------
Sərbəst güləş üzrə yığmamız Kiyev tunirində 3-cü olub

 


Ukraynanın paytaxı Kiyevdə bu ölkənin məhşur məşqçiləri və idmançılarının xatirəsinə həsr olunan və sayca 24-cü dəfə keçirilən güləş üzrə beynəlxalq turnirdə sərbəst güləşçilərin yarışı başa çatıb. Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Kiyev turnirinə 12 nəfərlik heyətlə qatılan Azərbaycan yəğması 2-s- qızıl, 1-i gümüş və 2-si bürünc əyarlı olmaqla aktivinə yazdırdığı 5 medal və 97 xalla Ukrayna (150 xal) və Gürcüstandan (122) sonra üçüncü yeri tutub. Qazanılan medallara gəlincə, bütün gərüşlərini qələbə ilə bitirən Əhmədnəbi Qvarzatilov (61 kq0 və Əli Rəhimzadə (65 kq) qızıl, yalnız həlledici finalda büdrəyən Cəbrayıl Hacıyev (70 kq) gümüş, Turan Bayramovla (65 kq) Vahid Qalayevsə (125 kq) bürünc medal qazanıb. Yeri gəlmişkən, əgər Turan Bayramov yarımfinalda uduzmasaydə, onda onunla Əli Rəhimzadə arasında Azərbaycan derbisi və finalı baş tuta bilərdi.
Turnir 18-21 mart günlərində Budapeştdə (Macarıstan) keçiriləcək Olimpiya təsnifatlı turnirə sınaq xarakteri daşıyıb. Yeri gəlmişkən, 4-7 mart günlərində isə İtaliyanın paytaxtı Romada daha bir beynəlxalq turnir keçiriləcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]