Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılarla görüş olub - FOTO

Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılarla görüş olub - FOTO

Martın 2-də Milli Məclisin Gənclər və idman komitəsində şəhid Xudayar Yusifzadənin anası, bir qrup Vətən müharibəsi qəhrəmanı, idmançı və fəal gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.


Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun göstərdiyi şücaətdən danışaraq, qüdrətli ordumuzun həyata keçirdiyi hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açıldığını bildirib. Qeyd edilib ki, ölkəmiz dəfələrlə münaqişənin dinc yolla və beynəlxalq hüququn tələblərinə uyğun olaraq həll edilməsi istiqamətində addımlar atmasına baxmayaraq, Ermənistan rəhbərliyinin yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi. Bu haqq müharibəmizdə hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirdilər. İgidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir gəncimiz üçün örnək olmalıdır.


Diqqətə çatdırılıb ki, bu müharibə ordumuzun gücünü dünyaya göstərməklə yanaşı, Ermənistanın tənəzzül prosesini də sürətləndirib. Çünki müharibədəki biabırçı məğlubiyyətdən sonra Ermənistanın uzun müddət özünə gəlməsi qeyri-mümkündür.


Söhbət zamanı qeyd olunub ki, hazırda azad olunmuş ərazilərin bərpası ilə yanaşı, şəhid ailələri və qazilərin problemlərinin həlli də dövlətin diqqət mərkəzindədir.  Bu günə qədər bir çox şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Şəhid və qazi ailələrinin qayğılarının həlli istiqamətində hər birimizin səfərbər olması bizim mənəvi borcumuzdur.


Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyi ifadə olunub, şəhid Xudayar Yusifzadənin anasının timsalında bütün şəhid ailələrinə minnətdarlıq bildirilib.


Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına, idmançılara və fəal gənclərin bir qisminə Milli Məclisin Gənclər və idman Komitəsinin “Fəxri Fərmanı” təqdim edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]