Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız inkişaf edir - FOTO

Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız inkişaf edir - FOTO

Martın 2-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərliyi ilə görüşüb.


Qonaqları salamlayan vitse-spiker bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər Prezident  İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın münasibətləri fonunda uğurla inkişaf edir.
Bildirilib ki, ölkələrimiz ortaq tarixə malik, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan iki qardaş dövlətdir. Ölkəmizin apardığı haqq savaşında Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyi Azərbaycan xalqı hər zaman xatırlayacaq.


Qeyd olunub ki, qələbədən sonra qarşımızda dayanan əsas məsələ Qarabağın bərpa edilməsidir. Hazırda bu sahədə ölkə rəhbərliyinin göstərişinə əsasən çox geniş miqyaslı işlər görülməkdədir.  
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev öz çıxışlarında Qarabağın bərpası zamanı görüləcək işlərə Türkiyə şirkətlərinin də cəlb edilməsinin vacibliyini vurğulayıb. Artıq ölkəmiz üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri fəaliyyətə başlayıblar.


Söhbət zamanı qardaş Türkiyə ilə iqtisadi, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıqdan söhbət açılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.


Səmimi qəbula görə təşəkkür edən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndələri iki ölkənin ortaq dəyərləri bölüşdüyünü və bundan sonra da daim bir-birinə dəstək vermələrinin vacibliyini qeyd ediblər. Qonaqlar qüdrətli Azərbaycan Ordusunun Ermənistanı məğlub edərək qazandığı tarixi qələbədən, ərazilərimizin işğaldan azad edilməsindən məmnunluqlarını ifadə edərək öz sevinclərini bölüşüblər.


Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]