Vətən müharibəsi BDU tələbələrinin gözü ilə rəsm müsabiqəsinin qalibləri elan olundu - FOTO

“Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” rəsm müsabiqəsinin qalibləri elan olundu - FOTO

Bakı Dövlət Universitetinin tələbə və magistrantları arasında elan olunmuş “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” onlayn rəsm müsabiqəsinin nəticələri elan olunub. Komissiya üzvlərinin qərarına əsasən:
 

1-ci yerə - Beynəlxalq münasibətlər və iqtisadiyyat  fakültəsinin 1-ci kurs magistrantı Qurbanov Fərid Mayıl oğlu;
 

2-ci yerə - Mexanika-riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsi Nəcəfova Çiçək Fizuli qızı;
 

3-cü yerə - Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Əhmədova Leyla Riza qızı layiq görülüb.
 

Qaliblər müvafiq olaraq, I yer - 300 manat, II yer - 250 manat, III yer - 200 manat pul mükafatı və diplomla təltif ediləcək, rəsmlər BDU-nun rəsmi saytı, sosial media hesablarında dərc olunacaqdır.
 

Qalibləri  təbrik edir, onlara təhsillərində və yaradıcılıqlarında uğurlar arzulayırıq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]