Pakistanın ölkəmizdəki səfiri BDU-nun qonağı olub

Pakistanın ölkəmizdəki səfiri BDU-nun qonağı olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüşüb. Səfiri salamlayan rektor əvvəlcə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuzun əzəli torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığını qeyd edib. Rektor səfirlə görüşdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdıraraq Pakistan ali məktəbləri ilə BDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
 

Görüşə görə BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Bilal Hayee BDU-da olmaqdan məmnun olduğunu söyləyib. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində Universitetin dəstəyini yüksək qiymətləndirən səfir bunun iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli olduğunu qeyd edib.
 

Görüş BDU və Paksitan ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkə arasında müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlıq ilə bağlı fikir mübadiləsi ilə davam edib, gələcək perspektivlər müzakirə olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]