3 mart Ümumdünya Vəhşi Təbiət Günü dür - FOTO

3 mart “Ümumdünya Vəhşi Təbiət Günü”dür - FOTO

“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər  milli parklara giriş haqqından azad ediləcək.


Qeyd edək ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir.


Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il  “Meşələr və həyat: dayanıqlı cəmiyyət və planet” başlığı altında keçirilir.


Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və  24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.


Vəhşi təbiətin oyanışını, baharın ilk əlamətlərini, göz oxşayan dəyişikliklərini müşahidə etmək, torpaqda baş qaldıran yeni cücərtilərin özünəməxsus tünd qoxusunu duymaq, füsünkar gözəlliklərdən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət edin!


Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşir.


Milli parklardan çəkilən fotoları təqdim edirik.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]