Strasburq şəhərinin Kleber meydanında şamlarla "Xocalı – 613" sözü yazılıb - FOTO

Strasburq şəhərinin Kleber meydanında şamlarla "Xocalı – 613" sözü yazılıb - FOTO

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyevanın təşkilatçılığı ilə Strasburq şəhərində "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində aksiya keçirilib.


Şəhərin Kleber meydanında baş tutan aksiyada ölkənin Qərb bölgəsində fəaliyyət göstərən azərbaycanlı icması iştirak edib. Aksiya zamanı meydanda Xocalıda həlak olanlar barədə məlumatın əks olunduğu banner qoyulub, şamlar vasitəsilə "Xocalı – 613" sözü qurulub. Əllərində "Xocalıya ədalət!" yazılmış plakatlar tutmuş və Azərbaycan bayrağına bürünmüş gənclər Xocalı soyqırımı barədə fransız dilində hazırlanmış broşurları yerli sakinlərə paylayıblar. Plakatlarda Xocalı soyqırımı barədə ətraflı məlumat almaq üçün "justiceforkhojaly.org" saytının adı  və sayta keçid üçün QR-kodu da göstərilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]