Misgər Məmmədov: ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub

Misgər Məmmədov: “ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub”

“Azərbaycanın paytaxtı və iri şəhərlərində xarici dil müəlliminə tələbat kənd rayonlarına nisbətən çox aşağıdır. Orta təhsil müəssisələrində xarici dil müəllimi peşəsi tələb olunan peşədir, lakin onların dərs yükü ilə təminatı mövcud demoqrafik vəziyyətlə bağlıdır. ADU orta məktəbdə xarici dil müəllimi peşəsi ilə kənd və şəhər məktəblərinin ehtiyaclarını lazımi səviyyədə ödəyir. Orta məktəb üçün xarici dil müəllimlərinin ixtisas və peşə hazırlığı cəmiyyətin tələbatlarını ödəyir”.
 

Bunu ADU-nun Elmi Şurasındakı çıxışında Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov deyib. O, bildirib ki, bakalavr və magistratura səviyyəsində xarici dil müəllimlərinin müəllim kimi işləmək istəməsi ilə bağlı aparılan sorğulardan belə məlum olur ki, bakalavr səviyyəsində 20-26%, magistratura səviyyəsində 7-12% müəllimlik fəaliyyətini üstün tuturlar:  “Bu faiz göstəriciləri özünü müəllimlərin işə qəbulunda doğruldur. ADU-da cəmiyyətin pedaqoji ehtiyaclarını ödəyəcək səviyyədə xarici dil müəllimi hazırlanır və tələbata cavab verirlər. 1990-2020-ci illərdə ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub. Cəmiyyətə lazım olan 10% tələbat səviyyəsi həmişə ADU tərəfindən müvəffəqiyyətlə ödənib. Bütün dövrlərdə və bütün hallarda cəmiyyətin tələbatı 10% həddində olub və biz də cəmiyyətin tərkib hissəsi kimi bu vəzifənin öhdəsindən gəlmişik.
 

Pedaqoji prosesin idarə edilməsi, müasir təlim texnologiyalarından istifadə, yüksək ixtisaslı kadr hazırlığı, əqidə, dünyagörüş və vətəndaşlıq mövqelərinin formalaşdırılmasında ADU-da yaradılmış laboratoriyalar kadr hazırlığının peşə, ixtisas, şəxsiyyətin dünyagörüşünün səviyyəsinin formalaşdırılmasına yönəlib və müvəffəqiyyətlə icra olunur”.
 

M. Məmmədov əlavə edib ki, əmək bazarında aparılan təhlillər göstərir ki, xarici dil müəllimlərinin peşə hazırlığına əlavələrin edilməsi zamanın tələbidir:
 

“Məsələn, xarici dil – psixoloq, bank və maliyyə sektoru üçün kiçik mütəxəssislər, ofis, qeyri-hökumət və hökumət təşkilatları üçün referentlər, turizm və otelçilik üzrə, xidmət sahələri üzrə mütəxəssislər hazırlamaq olar. Hal-hazırda istənilən müəssisədə bir psixoloqun olması vacibdir, yəqin bu məsələ növbəti illər üçün ailələri də əhatə edəcək.
Ünsiyyətin yeni formaları, xüsusilə uşaqların planşent, kompüter vasitəsi ilə asudə vaxtlarının keçirilməsi psixoloqlara olan ehtiyacı günün vacib tələbinə çevirir.
 

ADU-da tərcümə, beynəlxalq münasibətlər üzrə mütəxəssis hazırlığının nəticələri ilə biz tərcümə mərkəzlərində, internet saytlarında, ictimai təşkilatlarda, bank maliyyə sektorunda, idarəetmənin müxtəlif səviyyələrində rastlaşırıq: “Bu insanlar işlərinin öhdəsindən layiqincə gəlir və həm də hər hansı bir xarici dili və kompüter hazırlığını nümayiş etdirirlər. Mənə elə gəlir, bu gün ADU-da ixtisas, peşə kafedraları, informatika kafedrası öz pedaqoji fəaliyyətlərinin nəticələri ilə qürur duya bilər. Onların zəhməti hədər getməyib. Bu prosesin təşkilinə Universitet rəhbərliyi tərəfindən həmişə nəzarət olub”.  
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]