Yüksək Texnologiyalar Parkının rəhbərliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müəssisənin qadın əməkdaşlarını təbrik edib

Yüksək Texnologiyalar Parkının rəhbərliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müəssisənin qadın əməkdaşlarını təbrik edib

 Yüksək Texnologiyalar Parkının rəhbərliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müəssisənin qadın əməkdaşlarını təbrik edib

 

 

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rəhbərliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə bu müəssisənin, eləcə də Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun qadın əməkdaşlarını təbrik edib.

Bu məqsədlə “Zoom” platforması üzərindən təşkil olunan tədbirdə çıxış edən YT Parkın baş direktoru, professor Əbülfəz Babayev müəssisənin bütün qadın əməkdaşlarını bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.

Baş direktor qadınların ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq, ilk növbədə, cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini vurğulayıb.

Daha sonra Parkın icraçı direktoru Vasif Abbasov çıxış edərək tarix boyu Azərbaycan qadınlarının öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilə seçildiyini qeyd edib. İcraçı direktor qadınların elm və təhsil sahəsində qazandıqları uğurlardan bəhs edib, onlar üçün yaradılan şəraitdən danışıb. O, müəssisədə çalışan xanım əməkdaşları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, onlara gələcək işlərində uğurlar və ailə xoşbəxtliyi arzulayıb.

Onlayn tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə akademiyanın bütün qadın əməkdaşlarının Beynəlxalq Qadınlar Günü münasibətilə mükafatlandırıldığını da qeyd olunub.

Sonda YT Parkın əməkdaşları təbriklərə qoşularaq müəssisənin bütün qadınlarına əldə etdikləri nailiyyətlər ilə fəaliyyətlərində daha da irəliləməyi arzu ediblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]