Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan Böyük İpək Yolu üzərində adlı kitab nəşr etdirilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində“ adlı kitab nəşr etdirilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı monoqrafiya ingilis və rus dillərində işıq üzü görüb. Kitabın nəşri Fond tərəfindən həyata keçirilən, “Türkdilli dövlətlər Böyük İpək Yolu üzərində“ adlı genişmiqyaslı beynəlxalq layihənin ilkin hissəsidir.


Kitab qədim dövrdən başlayaraq son orta əsrlərə qədər İpək Yolu ilə bağlı Azərbaycan tarixinin tədqiqinə dair ilk ümumiləşdirici akademik nəşrdir. Əsərdə e.ə. II - e. XVI yüzilliklərində, yəni təqribən 1700 illik tarixi dövrdə, Azərbaycan ərazisindən keçən beynəlxalq quru və dəniz ticarət yollarının ölkənin siyasi, iqtisadi və mədəni inkişafına təsiri, eləcə də İpək Yolu boyunca baş vermiş qlobal mədəni mübadilədə Azərbaycanın rolu araşdılmışdır. Əsər çoxsaylı tarixi, arxeoloji və müxtəlif dilli yazılı mənbələr əsasında hazırlanıb.


Kitabın ideya ve ön söz müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Əsərin hazırlanmasında tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şahin Mustafayevin rəhbərliyi ilə tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, memarlıq üzrə elmlər doktoru, professor, Beynəlxalq Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı və tarix elmləri doktoru Tarix Dostiyev iştirak etmişdir.


Kitabın Azərbaycan dilində nəşr olunması planlaşdırılır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]